Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “Formula-1”dən imtina edir

“Formula-1” rəhbərliyinin, Beynəlxalq Avtomobil Federasiyasının (FİA), yarış təşkilatçılarının və sponsorların iştirakı ilə keçirilən telekonfrans zamanı Azərbaycan tərəfi bildirib ki, iyunun 7-nə planlaşdırılmış Azərbaycan Gran-prisini keçirməkdən imtina etməyi üstün tutur..

Bu haqda “Motorsport” portalı bildirir.

Mart, aprrel və may aylarına nəzərdə tutulan bütün yarışların təxirə salındığı bir vaxtda mövsümün ilk yarışlarının Bakıdan başlayacağı təxmin edilirdi. Lakin Azərbaycan Qran-prisinin promouterləri koronavirus pandemiyası ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. Bu, “Formula-1” təşkilatçıları üçün daha bir zərbədir və ciddi maliyyə itkisidir, çünki Bakı yarışların keçirilməsinə görə ən yuxarı qiyməti ödəyirdi. “Formula-1” artıq yarışların təxirə salınmasına görə 200 milyon dollar itirib.

Azərbaycan iyun yarışlarının keçirilməsi niyyətindən imtinası bununla əsaslandırıb ki, şəhər trasının hazırlanması üçün işlər aprel ayında başlamalıdır. Bu proses böyük xərclər tələb edir və yarışların daha sonraya təxirə salınacağı halda həmin xərclər boşa getmiş olardı. Nümunə kimi başqa şəhər trası göstərilir: Monako Qran-prisi mayın 24-də başlamalı idi, amma təxirə salındı və artıq məlumdur ki, bu il ərzində keçirilməyəcək.

Habelə Kanada Qran-prisi də sual altındadır, bu yarışlar Bakıdan bir həftə sonra başlamalı idi.

Xatırladaq ki, bundan əvvəl “Formula-1” yarışlarının Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya mərhələləri təxirə salınıb. Üstəlik Melburn və Şanxay yarışlarının Monakoda olduğu kimi bu il ümumiyyətlə keçirilməyəcəyi bildirilib. Azərbaycan Qran-prisindən sonra yarışlar iyunun 28-də Fransada, iyulun 5-də Avstriyada, iyulun 19-da Böyük Britanyada, iyulun 26-da İspaniyada, avqustun 2-də Macarıstanda, avqustun 23-də Hollandiyada, 30-da Belçikada, sentyabrın 6-da İtaliyada, 20-də Sinqapurda, ABŞ-da sentyabrın 2-də, Meksikada noyabrın 1-də, Braziliyada isə noyabrın 15-də keçirilməliydi.

İndi bu baxımdan sual yaranır: Azərbaycan yarışı başqa vaxtda keçirməyi istəyirmi? Və əgər belə olsa “Formula-1” təqvimində Azərbaycan Qran-prisi üçün yer tapılacaqmı?

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar