Çərşənbə, 11 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan filmi beynəlxalq mükafata layiq görüldü – Türkiyədə

Güney Azərbaycan istehsalı olan “Qara Yol” filmi Konya Tələbə Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb

PİA.az xəbər verir ki, filmin rejissoru güney azərbaycanlı Leyla Novruzidir.

Film Azərbaycan dilində çəkilib və əvvəllər də bir neçə mükafata layiq görülüb.

“Qara Yol” ötən il İstanbulda keçirilən İpək Yolu film festivalı, eləcə də Bakıda baş tutmuş Ailə Kino Festivalında ən yaxşı film mükafatları alıb.

Bu, gənc rejissor Leyla Novruzinin müəllifi olduğu ikinci ən peşəkar film hesab edilir. Bir müddət əvvəl onun “Mən İsmətəm” adlı ilk filmi İpək Yolu festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb. (teleqraf.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: film festivalı

Şərh yazın.


loading...

Ən çox oxunanalar