Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalında yarışacaq

Bu gün 42-ci Moskva Beynəlxalq Kino Festivalı başlayır.

Festival Mixail Lokşinin “Gümüş konki” filmi ilə açılacaq.

Əsas mükafat üçün 13 filmin yarışdığı festivalda Azərbaycan rejissoru İsmayıl Səfərəlinin “Balıqçı qızı” bədii filmi də yer alır.

Festivalda türk rejissor Erdem Tepegözün “Kölgədə” və dünya şöhrətli Koreya rejissoru Kim Ki Dukun “Ərimək” adlı filmi də nümayiş ediləcək.

42-ci Moskva Beynəlxalq Kino Festivalının bağlanış mərasimi oktyabrın 8-də baş tutacaq.

Qeyd edək ki, RusiyaAzərbaycanın birgə istehsalı olan “Balıqçı qızı” filmi 2019-cu ildə çəkilib. Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İslam Səfərli və Rüstəm Məmmədova, operatoru isə Şandor Berkeçi, quruluşçu rəssamı Sergey Zaykovdur.

Ekran işində Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər, aktyorlar Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Fərid Aslanov, Elnur Nəcəfov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

Film Abşeron qəsəbəsində yerləşən, kiçik balıqçı kəndindən bəhs edir. Sara balıq ovu vaxtı dənizdə batan atasının yoxluğuna inanmır. Lakin Saranın ailəsi və kənd camaatı rəmzi də olsa dəfn mərasimi təşkil etmək istəyirlər. Qız isə etiraz olaraq atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur.

Xatırladaq ki, hər il yay aylarında təşkil edilən Moskva Beynəlxalq Kino Festivalının koronavirus pandemiyası səbəbindən vaxtı dəyişdirilərək payıza keçirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar