Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan əsgəri Ermənistanla sərhəddi təkbaşına düzənləyir – Erməni iddiası

Azərbaycan hərbçiləri Sotk (Zod) mədəninin ərazisinə gələrək sərbəst buraxılmasını tələb ediblər.
 
PİA.az xəbər verir ki, məlumatı erməni xəbər portalı NEWS.am yayıb.
 
Portalın məlumatına görə, yüksək rütbəli döyüşçülər də daxil olmaqla 250-ə yaxın Azərbaycan hərbçisi İsrail zirehli texnikaları ilə əraziyə yaxınlaşıb və 7 əsgər müəssisəyə daxil olub və “bura bizim ərazimizdir, dərhal çıxın”,-əmri verib.
 
Əsgərlər mədənin məsul şəxsləriylə əlaqə qurmağa çalışsalar da, onlara cavab verilmədiyini bildirən portala görə, sonunda müəssisə rəhbərliyi azərbaycanlılarla danışıqlar aparmaq məcburiyyətində qalıb. Amma nə danışdıqları isə bilmir. 

Portalın məlumatı dəqiqləşdirmək üçün səlahiyyətli orqanlarla əlaqə qurma cəhdləri də uğursuz alınıb.

Müəssisə rəhbərliyi çox çətinliklə əsgərlərimizi onlara vaxt verməyə razı sala biliblər. Azərbaycan əsgərləri ermənilərə sabaha qədər möhlət verib və geri qayıdacaqları zaman onları burada görmək istəmədiklərini bildiriblər. “Bizi “əks halda nə edəcəyimizi bilirsiniz", - deyə xəbərdarlıq etdilər”, -qızıl mədəninin rəhbərliyi sayta açıqlamasında bu iddianı irəli sürüb.
 
Ovqat.com-un digər erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, ordu mənsublarımız Ermənistan sərhəddində hər hansı hərbi maneə ilə üzləşməyiblər. Qızıl yatağının rəhbərliyi sərhədlərimizdən xeyli aralıda – mədən ocağının bitdiyi yerə qapı qoysa da, əsgərlərimiz üçün önlərindəki bu əngəli devirmək çətin olmayıb. ErmənistanAzərbaycan sərhəddində dayanan hər hansı erməni əsgərinə isə rast gəlinməyib. 
 
Maraqlıdır ki, Ermənistanda ciddi əks-səda doğuran bu hadisəni düşmən ölkənin Müdafiə Nazirliyi təkzib etməyə çalışıb. Bu isə erməni ictimaiyyətində ciddi narazılıqla qarşılanıb. 
 
Ermənilərin məşhur Telegram səhifələrindən olan Bagramyan 26 Paşinyan hakimiyyətinə üz tutaraq yazıb:
 
Ermənistan sizin dəyərsiz təcrübələrinizi yoxlamaq üçün bir platforma deyil, səriştəsizliyinizi və açıq səfehliyinizi yoxlamaq üçün başqa yer tapın. 


 
Ermənistan Müdafiə Nazirliyi müharibə zamanı yalan danışdı və indi də Sotkdakı azərbaycanlılarla bağlı məlumatları "təkzib edərək" bu əməlini davam etdirir. Azərbaycanlılar indi Sotkdadır və özünün Ermənistanla sərhədlərini hətta heç bir erməni əsgərlə qarşılaşmadan çəkirlər. Nikol Paşinyan və bütün hökumət dərhal istefaya getməli, hərbi rəhbərlik təcili olaraq yenidən təyin olunmalıdır! Ermənistanda hakimiyyət nə keçmiş, nə də indiki nümayəndələrdən təşəkkül tapmamalıdır. Səlahiyyətlər səriştəli insanlara təhvil verilməlidir”.
 
Məsələ də elə burasındadır ki, Ermənistanda hazırda nə keçmişi, nə də indiki hakimiyyəti təmsil etməyən səriştəli siyasi qurum qalmayıb. Paşinyanın 2.5 il əvvəl devirdiyi Sarqisyan hakimiyyətinin müxtəlif nazirləri tərəfindən qurulan 17 partiya koalisiya yaradaraq indiki hökumətdən revanş almağa çalışır. Erməni xalqı isə onların “dabbaqda gönünə bələd olduğundan” çağırışlarını ciddiyə almır. Digər bir partiya isə “Çiçəklənən Ermənistan”dır ki, ona da biz zamanlar böyük dələduzluqlarına görə həbsdə yatmış kriminal ünsülər rəhbərlik edirlər. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar