Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan əhalisinin 93 faizi Dağlıq Qarabağın azad olunacağına inanır

Sosial Tətqiqatlar Mərkəzi “II Qarabağ Savaşı və onun ictimai rəydə qiymətləndirilməsi” üzrə aparılan sorğunun nəticələrini açıqlayıb.

Mərkəzin rəhbəri Zahid Oruc bildirib ki, mərkəz sorğuda 27 sentyabra qədər Tovuz istiqamətində və Ermənistanın Azərbaycanın sərhədyanı bölgələrinə hücumundan sonra ictimai siyasi mühiti öyrənməyə çalışıb.

Sorğuda 2700 nəfər iştirak edib və sorğu aşağıdakı sualları əhatə edib.

Azərbaycan dövləti və xalqı bu müharibəyə nə dərəcədə hazırdır sualına 94 faizdən çox insan cavab olaraq bildirib ki, Azərbaycan xalqı və dövləti müharibəyə tam hazırdır.

Azərbaycan ordusunun bugünkü gücünü əhali necə qiymətləndirir? - sualına isə cavabların 98 faizdən çoxu Azərbaycan ordusunun gücünə inamın yuxarı olduğunu əks etdirib. Qeyd olunub ki, əvvəlki sorğularda da bu nəticə 90 faizdən yuxarıdır.

93 faizdən çox insan Dağlıq Qarabağ uğrunda mübarizənin hərbi yolla uğurla başa çatdırılacağına və uğurlu nəticə əldə ediləcəyinə inanır.

Dağlıq Qarabağ uğrunda mübarizə sizin üçün nə məna ifadə edir? - sualına isə 89,6 faiz iştirakçı “Biz Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad olunacağına inanırıq” cavabını verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar