Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan əhalisinin 45 faizi gənclərdir

Azərbaycan əhalisinin 45 faizini yaşı 30-dək olanlar təşkil edir

Bunu Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı Inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Gənclər təşkilatlarının dayanıqlı inkişaf məqsədləri naminə” konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti dünyanın 2030-cu ilədək dəyişməsi üçün üzərinə düşən işləri yerinə yetirir.

Azərbaycan əhalisinin 45 faizi yaşı 30-dək olanlardır. Qarşıya qoyulan hədəflərlə nail olmaq üçün addımların atılması daha çox gənclərin gələcək həyatı ilə bağlı olan məsələlərdir. İşsizlik problemlərinin həlli bilavasitə gənclərin həyatı ilə bağlıdır. Bu baxımdan gənclər qlobal layihənin həyata keçirilməsində maraqlı olmalıdırlar”, - deyə Əli Əhmədov qeyd edib.

Baş nazirin müavini qeyd edib ki, bu layihənin əsas hədəfləri gənclərdir:

“Onlar 2030-cu ilədək ayrı-ayrı ölkələrin həyatında mühüm rol oynayacaqlar. Hazırda dünyada 7,5 milyard insan var. 2030-cu ildə əhalinin sayı 1 milyard nəfər artacaq. Dünya əhalisinin artımının 80 faizindən çoxu Afrika və Asiya qitələrinin payına düşəcək. Əhalinin artımı dünya əhalisinin köç problemini də aktual edir. 2030-cu ilədək bu problemlərin həlli üçün səylər göstərilməlidir. Cəmi 10 il vaxt qalıb. Problemlər həll edilməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar