Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan Dünya Bankının kreditindən niyə imtina etdi?  

Neftin dünya bazarında qiymətinin indikindən 2 dəfə çox olduğu dövrlərdə belə, Azərbaycan beynəlxalq maliyyə qurumların kreditlərindən imtina etməyib, indi nə baş verir ki, imtina olundu?..

İqtisadçı-ekspert: “Əgər Azərbaycan Dünya Bankından yenə də kredit götürsəydi bu yeni öhdəliklər demək olacaqdı. Hökumət də yeni öhdəliklərə hazır deyil”.

“Hökumətin bu addımının birbaşa nə ilə əlaqədar olduğunu deyə bilmərəm. Çünki hökumətin bir çox addımı izahsızdır”.

Bu sözləri iqtisadçı-ekspert Toğrul Maşallı Azərbaycanın Dünya Bankının kreditindən imtina etmə səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.

Dünya Bankından verilən məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib.

“Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək”, - bankdan bildirilib.

Qeyd edək ki, Azərbaycan hökuməti hələ 2019-cu ilin yanvarında DB-dən layihənin dayandırılmasını və qalan kredit məbləğinin qaytarılmasını istəmişdi. Bu müddət ərzində DB kreditin bir hissəsinin gözlənilən ləğvi nəzərə alınmaqla, kredit çərçivəsində tamamlanmalı olan işlərin həcmini hesablayıb.

Azərbaycanın Dünya Bankının kreditlərindən imtina etməsinə səbəb nə ola bilər? Neftin dünya bazarında qiymətinin indikindən 2 dəfə çox olduğu dövrlərdə belə, Azərbaycan beynəlxalq maliyyə qurumların kreditlərindən imtina etməyib, indi nə baş verir ki, imtina olundu? Bəs bu imtinadan Azərbaycan hər hansı siyasi və iqtisadi divident götürə bilərmi və ziyanları nə ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallı ilə müzakirə edib.

Toğrul Maşallı: “Yeni kredit məcburi köçkünlərin tək mənzil və yaşayış şəraitinin yaxşılaşdırılmasını yox, başqa öhdəlikləri də ortaya qoyacaqdı”.

Bu imtinadan Azərbaycan iqtisadi dividenti artan xarici borclarının bir az azalması ilə götürə bilməsini düşünən iqtisadçı-ekspert əlavə edib ki, burada siyasi divident görmür. Çünki burada heç bir siyasi məsələ yoxdur:

“Hökumətin bu addımının birbaşa nə ilə əlaqədar olduğunu deyə bilmərəm. Çünki hökumətin bir çox addımı izahsızdır. Belə başa düşmək olar ki, artıq uzun müddət idi bu layihələr yerinə yetirilirdi. Dünya Bankı ilə olan layihə də uzun illərdir ki, davam edirdi. Məntiqlə Dünya Bankının bu layihəsi çoxdan bitməli idi. Dünya Bankının layihəsinin uzadılması bir qədər problemli idi.

Eyni zamanda hökumət məcburi köçkünlərin rifahının yaxşılaşdırılması ilə bağlı artıq bir çox addımlar atıb. Bildiyimiz kimi Azərbaycanda məcburi köçkünlərin sayı məhduddur, yəni o qədər də çox deyil. Ölkədə olan məcburi köçkünlərin də təminatı demək olar ki, yaxşılaşıb.

Əgər Azərbaycan Dünya Bankından yenə də kredit götürsəydi bu yeni öhdəliklər demək olacaqdı. Hökumət də yeni öhdəliklərə hazır deyil. Çünki yeni kredit məcburi köçkünlərin tək mənzil və yaşayış şəraitinin yaxşılaşdırılmasını yox, başqa öhdəlikləri də ortaya qoyacaqdı.

Toğrul Maşallı: “Ölkədə olan məcburi köçkünlərin təminatı demək olar ki, yaxşılaşıb”.

Məlumdur ki, Azərbaycan bir çox dünya banklarından kreditlər götürür. Ola bilər ki, hökumət bu sahənin artıq o qədər də lazım olmadığını düşünüb.

Bu imtinadan Azərbaycan iqtisadi divident yalnız o cəhətdən götürə bilər ki, onsuz da Azərbaycanın xarici borcu artır və ən azından bu cəhətdən artım baş verməyəcək. Azərbaycanın ÜDM-də 17-18 faiz təşkil etdiyi xarici borc hər il artır. Mən burada siyasi divident görmürəm. Çünki burada heç bir siyasi məsələ yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

“Mən də insan idim…” – Əli Həsənov günahını yumağa başladı

“Bizə deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsiniz söyün” - Hafiz Hacıyev

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

Vüqar Səfərlinin arxasınca kimlər gedəcək? – Növbəsini gözləyənlər...

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

loading...

Ən çox oxunanalar