Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edilib

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsinə öz əksini tapıb

9 maddədən ibarət olan yeni qanun layihəsi Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanun layihəsində müəyyən olunan tələblərə əsasən, Azərbaycan vətəndaşları Azərbaycan Respublikası Dövlət Himni ifa edilən zaman himnin mətninə uyğun ayaq üstə və sona qədər oxumalıdırlar (və ya Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə və sona qədər dinləməlidirlər).

Azərbaycan Dövlət Himni ifa edilən zaman Azərbaycan Dövlət bayrağı qaldırılarsa (asılarsa) Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Dövlət bayrağına tərəf baxmalıdırlar.

Azərbaycan ərazisində olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Dövlət Himni ifa edilən zaman onu ayaq üstə və sona qədər dinləməlidirlər.

Xarici dövlətin ərazisində keçirilən təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət Himninə dair məhdudiyyətlərə əsasən, himnin musiqisi musiqi əsərlərində istifadə edilə bilməz.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar