Cümə axşamı, 18 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Azərbaycan diplomatiyası son 11 ayda çox ciddi uğurlar qazandı...”

Ermənistanın indiki hakimiyyəti Qarabağa dair danışıqlar aparmağa hazır deyil

Belə mövqe ilə Ermənistan milli təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan “Sputnik Armenia” radiosunun efirində çıxış edib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişəndən sonra danışıqlar prosesi ciddi narahatlıqlar doğurmağa başladı. “Ermənistan rəhbərliyi, indiki halda baş nazir və xarici işlər naziri danışıqlara hazır deyil. Ermənistan artıq böyük güzəştlərə gedib, Azərbaycan diplomatiyası isə son 11 ay ərzində ciddi uğurlar əldə edib-1996-cı il ATƏT-in Lissabon sammitindən bu yana ilk dəfə”-Şahnazaryan bildirib.

Ermənistan xüsusi xidmət orqanlarının eks-rəhbəri hesab edir ki, Azərbaycan təmas xəttində insidentlərin araşdırılması mexanizmi barədə neçə ildir həmsədrlərin gündəmə gətirdiyi məsələni gündəmdən çıxara bilib. Hansı ki, onun sözlərinə görə 2016-cı ildə Sankt-Peterburqda və Vyanada belə mexanizmin yaradılmasına dair razılaşma əldə edilmişdi. Şahnazaryana görə Azərbaycan buna Ermənistanın “səyləri” sayəsində nail olub.

O qeyd edib ki, baş nazir Paşinyan və XİN rəhbəri Mnatsakanyan daim ziddiyətli bəyanatlarla çıxış edir. Ona görə də belə vəziyyət yaranıb ki, Ermənistan hökumətinin rəhbəri Azərbaycan prezidenti ilə danışıqları hansı formula əsasında aparacaq.

“Konsepsiya yoxdur. Keçmiş hakimiyyət “ərazilər əvəzinə status” formulu barədə dəqiq mövqe bildirirdi. Üstəlik söhbət müvəqqəti statusdan yox, beynəlxalq səviyyədə tanınmış və Azərbaycanın tərkibində olmayan, Madrid sənədində əks olunan referendumsuz statusdan gedirdi”-Şahnazaryan belə deyib.

D.Şahnazaryana görə bütün danışıqlar prosesi boyu həmsədrlər və Ermənistan bir tərəfdə, Azərbaycan o biri tərəfdə idi. Azərbaycanın mövqeyindən Türkiyə çıxış edib həmişə formatın dəyişdirilməsi məsələsini qaldırırdı. İndi isə əksinədir.

“Mən başa düşmürəm, Paşinyan dövlətin və hökumətin rəhbəri olaraq konkret gündəmi olmadan danışıqlara necə gedir?”-Şahnazaryan deyib.

Xatırladaq ki, 2018-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı Şahnazaryan paşinyanı “torpaqları qaytarmaq üçün gizli plan qurmaqda” ittiham edirdi. Həmin ittihamlarına görə onu Milli Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırdılar, amma Şahnazaryan getmədi.(virtualaz.org)

pia.az

Şərh yazın.

loading...