Bazar, 09 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan diasporu beynəlxalq təşkilatlara etiraz bəyanatı göndərib

Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb... 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Minsk qrupuna ünvanlanmış etiraz bəyanatında qeyd olunub ki, Azərbaycan ərazisini işğal edən və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməklə bir daha əsl niyyətini nümayiş etdirib: "Beləliklə, Ermənistanın beynəlxalq arenada dünya ictimaiyyətinə “sırıdığı” münaqişənin sülh yolu ilə həllini dəstəkləyən fikirlərinin riyakarlıqdan başqa bir şey olmadığı öz təsdiqini tapdı".

Bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhə ən böyük təhdid olması, münaqişə və gərginlik yaradan, Qarabağla bağlı aqressiv davranan tərəf olduğu bir daha diqqətə çatdırılıb.

Ermənistanın bundan əvvəlki təxribatlarına da laqeydlik nümayiş etdirən beynəlxalq təşkilatlardan bir daha Ermənstanın təxribatlarına münasibət bildirmək tələb edirik. Azərbaycan ərazisinin 20 faizini işğal edən bir dövlətə olan tolerant münasibət sizi dünya ictimaiyyətinin qarşısında rüsvay edir. Əsl məqsədi Azərbaycan və Türkiyəyə qarşı təxribat yaratmaq olan Ermənistanın dərhal cəzalandılmasınım beynəlxalq təşkilatlardan tələb edirik”, - bəyanatda vurğulanıb.

pia.az 


Etiket: Etiraz


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa ilə icra başçısı arasında qalmaqal

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir

“Prezident Dövlət Neft Şirkətinin fəaliyyətindən narazılıq edirsə...” – Aynur Camalqızı

Ziyəddin Əliyevin həyat yoldaşına yeni vəzifə verildi - Foto

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

loading...

Ən çox oxunanalar