Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan çempionu-aktyor 36 yaşında vəfat etdi - Foto

Çində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov vəfat edib.

O, bu gün Bakı şəhərindəki yaşadığı evində xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun cənazəsi sabah doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, ilk ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb, sonradan Çinin Pekin İdman Universitetində dövlət hesabına magistr təhsilini davam etdirib. S.Həsənov vəfat edənə qədər həmin universitetin doktorantı idi.

Bir neçə ay əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən Azərbaycana qayıtmışdı və müalicə olunurdu. Həkimlər onun xərçəng xəstəliyinə tutulduğunu bildirmişdi. S.Hesenov Azərbaycanı dünyada təmsil edən idmançılardan biri idi. O, uzun illər idmanın kiqboksinq, tayboks, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb.

Eyni zamanda, uşu üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə Çində Azərbaycanı bir neçə idman növləri üzrə layiqincə təmsil edib. Sadiq idmanla yanaşı paralel olaraq fitneslə də məşğuliyyətini davam etdirib. Çində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. Bundan əlavə, Çində döyüş səhnələrindən bəhs olunan onlarla filmdə oynamaq üçün dəvət alıb və obrazlarını da canlandırıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar