Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan BMT məhkəməsində Ermənistanı ittiham edir

Mayk Korder
The Washington Post, ABŞ 19.10.2021

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanı etnik təmizləmədə ittiham edib. Bununla yanaşı, o, Yerevanı iki ölkə arasında ötən il baş vermiş və 6 həftə davam etmiş müharibəyə son qoymuş atəşkəs müqaviləsindən sonra belə, Dağlıq Qarabağın minalanmasını davam etdirməkdə günahlandırıb. Bu, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bu münaqişə ilə bağlı qaldırılmış ikinci iddiadır.

Ötən həftə qurumda əksinə, Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı dinləmələr keçirilib. Bu iddia da 6600-dan çox insanın həyatını itirdiyi ötənilki müharibə ilə bağlıdır.

Elnur Məmmədov məhkəmədə bildirib ki, azərbaycanlılara qarşı etnik təmizləmə və zorakılığa təşviq kampaniyaları bu gün də davam etdirilir. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin hakimlərindən xahiş edir ki, Ermənistandan ərazilərin minalanmasını dayandırması tələb olunsun. Bundan başqa, Bakı istəyir ki, Azərbaycanın minatəmizləmə səylərinə yardım olaraq, minalı ərazilərin xəritələri onlara təhvil verilsin.

Nazir müavini müxtəlif erməni qrupları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı irqi zəmində nifrət kampaniyalarının, qızışdırıcı addımların dayandırılmasını da istəyib. O, məhkəmədən bununla bağlı tədbir görməsini xahiş edib. Məmmədovun sözlərinə görə, Ermənistanın Qarabağda müharibədən əvvəl və sonra yerləşdirdiyi minalar Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatdan sonra 65 mülki vətəndaş daxil olmaqla, 106 azərbaycanlının həyatını itirməsinə səbəb olub: “Ermənistanın bu yolla azərbaycanlıları hədəfə çevirməsinə, qorxu altında saxlamasına hərbi və ya digər səbəb yoxdur”.

Azərbaycan tərəfi iddia edir ki, Ermənistan bu addımları ilə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanı pozur. Ermənistan isə öz növbəsində hesab edir ki, Azərbaycanın etnik ermənilərə qarşı davranışı da bu konvensiyaya ziddir.

Haaqa şəhərində yerləşən məhkəmənin hər iki işə baxması üçün yəqin ki, uzun illər lazım gələcək. Tərəflər isə məhkəmədən müvəqqəti tədbirlərin görülməsi haqda hökm çıxarmasını istəyir. Odur ki, hakimlərin yaxın həftələrdə qərar verməsi gözlənilir.

Xatırladaq ki, hər iki iddia uzun illərdir davam edən ərazi mübahisəsi ilə bağlıdır. Bu mübahisə Azərbaycan ərazisi olan, lakin 1994-cü ildən Ermənistanın dəstəklədiyi etnik erməni silahlı birləşmələrinin nəzarətinə keçmiş Dağlıq Qarabağda müharibəyə səbəb olub. Müharibə ötən il Ermənistanın baş naziri Nikol Paşinyanın atəşkəs müqaviləsini imzalaması ilə başa çatıb. Nəticədə Azərbaycan bir zamanlar ermənilərin işğalı altında olmuş Dağlıq Qarabağın bir hissəsi, həmçinin ətraf rayonlar üzərində nəzarəti bərpa edib.

Belə bir vəziyyətdə Ermənistan Azərbaycanı etnik nifrəti qızışdırmaqda ittiham edir, Bakıdan erməni əsirləri geri qaytarmasını istəyir. Azərbaycan tərəfi isə bu iddiaları rədd edir, həbsdə olan ermənilərin cinayət törətdikləri üçün məsuliyyətə cəlb olunduqlarını bildirir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
 
Mənbə: The Washington Post

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar