Şənbə, 11 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə hazırdır

Bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib...

Altay Həsənov bildirib: “Sentyabr ayının 16-dan 22-ə kimi Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçiriləcək. Yarışa ciddi hazırlıq gedir. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq. Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda ilk dəfə 2005-ci ildə keçirilib. Bu, Olimpiya idman növləri üzrə Azərbaycanda keçirilən ilk vacib idman yarışı idi. O vaxtdan ölkədə çox sayda Avropa çempionatları, dünya kuboku yarışları keçirilib və biz müəyyən təcrübə toplamışıq”.

O, vurğulayıb ki, 61 ölkənin iştirak edəcəyi bu dünya çempionatına böyük maraq var: “Çempionatda 61 ölkə iştirak edir. İnanıram ki, yarışları izləyən tamaşaçılar bizim komandaya dəstək olacaq. Ona görə də media vasitəsilə hamını bu gözəl idman bayramına dəvət edirəm. Əsas hədəfimiz lisenziya qazanmaqdır. Məlum olduğu kimi, bu dünya çempionatı Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanmaq imkanı verir. Bu bizim üçün çox vacibdir”.

A.Həsənov xüsusilə vurğulayıb ki, biletlərin 45 faizi xaricdən alınıb.

Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri – Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

16-22 sentyabr tarixlərində keçiriləcək yarış yalnız bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda (Yaponiya) təşkil ediləcək 32-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.

62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.

İlkin qeydiyyat siyahısına əsasən yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır 

Qubaya əsgər meyiti gətirildi, kənd qarışdı — Video

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama

Elmar Məmmədyarov danışdı: "Mənim istefa verməyimə gəlincə..."

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı - Təfərrüatlar

Nizaminin İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — Fotolar

Onların övladları niyə hərbiçi yox, polis olur? 

Sabahdan karantin rejimi daha da sərtləşdiriləcək

Azərbaycanda bankda kütləvi yoluxma — 50 nəfər karantinə alındı

İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama

Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama

loading...

Ən çox oxunanalar