Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bankları aktivləri azalan ölkələr siyahısında ilk onluqdadır

Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalının təqdim etdiyi renkinq cədvəlinə görə, Azərbaycan bank sektoru cari ildə dünya banklarının aktivləri azalan ölkələr siyahısında ilk onluğa daxil edilib

Bu barədə “Report” “The Banker” jurnalına istinadən xəbər verir.

Dərc olunan materialda cari ildə Azərbaycan banklarının cəmi aktivləri 8,82% azalaraq 4,867 mlrd dollar təşkil etdiyi bildirilir. Halbuki ötən il bu rəqəm 5,338 mlrd dollar təşkil edib. Bununla da Azərbaycan siyahının 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, 40 ölkənin adının düşdüyü siyahının ilk üçlüyündə Anqola, Argentinə və Türkiyə qərarlaşıb. Belə ki, bu ölkələrin banklarının cəmi aktivləri müvafiq olaraq 31,39%, 19,69%, 15,65% azalıb. Qazaxıstan banklarının cəmi aktivlərinin azalma nisbəti isə 12,51% təşkil edərək ölkəni siyahının 4 pilləsində qərarlaşdırıb.

Onu da bildirək ki, siyahının sonuncusu Avstriyadır. Belə ki, bu ölkənin banklarının cəmi aktivləri cari ildə 0,03% azalaraq 699,335 mlrd dollar təşkil edib.

pia.az


Etiket: banklar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar