Bazar, 19 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan Azad Respublikaçılar Partiyası Seçkilərə start verdi

10 dekabr 2019-cu il tarixdə Azərbaycan Azad Respublikaçılar Partiyasının (AARP) Siyasi Şurasının yığıncağı keçirilib...

Yığıncaqda ölkə Prezidentinin geniş iqtisadi və siyasi islahatlara meydan verməsi rəğbətlə qarşılanıb və dəstəklənib. İclasda növbədənkənar parlament seçikilərinin keçirilməsi haqqında qərar da geniş müzakirə olunub və partiya üzvləri tərəfindən müdafiə olunub.

AARP-nin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov iclasda çıxış edərək ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar partiyanın seçki qərargahının yaradılması, partiya üzvlərinin seçkilərdə fəal iştirak etməsi məsələsini önə çəkib.

Yekunda partiya sədri Kamil Seyidov partiyanın seçki qəragahının yaradılmasını və qərargaha partiyanın sədr müavini Tərahim Abbasovun sədr seçilməsini təklif edib. Partiya üzvləri hər iki təklifi dəstəkləyiblər.

Siyasi Şura həmçinin partiya üzvlərinin parlamentdə təmsil olunması üçün 12 dekabr 2019-cu il tarixdə Ali Məclisin toplantısının keçirilməsini qərara alıb.

AARP-nin Mətbuat Xidməti

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: AARP

Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay