Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Avropa Şurasının Komissiyasının tövsiyələrini yerinə yetirməyib – ECRI

ECRI Azərbaycana verilmiş iki prioritet tövsiyənin yerinə yetirilməsi haqqında rəylərini dərc edib

İrqçiliyə və Dözümsüzlüyə qarşı Mübarizə üzrə Avropa Komissiyası (European Commission against Racism and Intolerance ECRI) cümə axşamı 2016-cı ildə Azərbaycana verilmiş iki prioritet tövsiyənin yerinə yetirilməsi haqqında rəylərini dərc edib.
Birincisi, ECRI hakimiyyətə müstəqil vətəndaş cəmiyyətinin inkişafı üçün şərait yaratmağı tövsiyə edib. Bununla əlaqədar ECRI bəzi müsbət məqamları - xarici donorlar üçün qrantların qeydiyyatı prosedurunun sadələşdirilməsi ilə bağlı prezidentin fərmanını, qrantların qeydiyyatı üçün elektron xidmətlərin inkişafını və hökumət və vətəndaş cəmiyyəti arasında dialoq başladığını qeyd edir.

Bu müsbət məqamlara baxmayaraq, hakimiyyətin QHT-lərin müstəqil fəaliyyəti üçün əlverişli şərait yaratmayan məhdudlaşdırıcı tədbirləri davam edir. Bəzi hallarda bu, həmin QHT-lərin öz işini bərpa edə bilməməsinə gətirib çıxarır. Bunu nəzərə alaraq, ECRI belə bir nəticə çıxarır ki, onun tövsiyəsi yerinə yetirilməyib.

İkincisi, ECRI hakimiyyətə Avropa Şurasına daxil olarkən verdiyi sözü yerinə yetirməyi, Azərbaycan Konstitusiyasının 76-cı maddəsində nəzərdə tutulduğu kimi, alternativ hərbi xidmət haqqında qanunvericilik qəbul etməyi tövsiyə edib. Komissiya qeyd edir ki, Azərbaycan hakimiyyətinin belə bir qanunvericiliyin qəbulu üzrə heç bir təşəbbüsü olmayıb və bu tövsiyə yerinə yetirilməyib.

Nəticələr hökumətin cavabına və başqa mənbələrin məlumatına əsaslanır. Onlar yalnız prioritet tövsiyələrlə bağlıdır və Azərbaycanda irqçiliyə və dözümsüzlüyə qarşı mübarizə ilə bağlı hadisələrin hərtərəfli təhlilinə yönəlməyib.

İrqçiliyə və Dözümsüzlüyə qarşı Mübarizə üzrə Avropa Komissiyası irqçiliyə, irqi, etnik, milli mənşəyə, dəri rənginə, vətəndaşlığına, dinə, dilə, cinsiyyətə, meyllərə və gender kimliyinə görə ayrı-seçkiliyə, ksenofobiyaya, antisemitizmə və dözümsüzlüyə qarşı mübrizə məsələlərində ixtisaslaşan, insan hüquqlarına riayət olunmasına nəzarət edən orqandır.(yeni sabah)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar