Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Avropa çempionatı üçün namizədliyini irəli sürüb

Avropa Karate Federasiyası (EKF) rəhbərliyinin təşkilatçılığı və qitənin 30-dan artıq milli karate federasiyası rəsmilərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

"Report" Azərbaycan Karate Federasiyasının (AMKF) rəsmi saytına istinadən xəbər verir ki, görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb.

Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə videoknfransa qitə təşkilatının İcraiyyə Komitəsinin üzvləri, o cümlədən, AMKF-in prezidenti Yaşar Bəşirov, Hakimlər Komitəsi və Təşkilatın Komitəsinin rəsmiləri qatılıb. Pandemiyanın Avropa ölkələrində geniş yayılması səbəbindən 2021-ci ilin ilk yarısına nəzərdə tutulan qitə çempionatlarının keçirilməsinə də federasiya rəsmiləri münasibət bildirib.

2021-ci ilin fevralında Finlandiyanın Tampere şəhərində nəzərdə tutulan yeniyetmə və gənclər arasında Avropa çempionatı İcraiyyə Komitəsinin qərarı ilə avqust ayına keçirilib. Qitə çempionatında yaşları həmin tarixlərə uyğun gələn idmançılar iştirak edəcəklər.

2021-ci liin mayında İsveçin Geteborq şəhərində planlaşdırılan olimpiya lisenziyalı Avropa çempionatına aid müzakirələrdə, təşkilatçı ölkənin rəsmiləri yarışın keçirilməsi ilə bağlı bir sıra çətinliklərin yarandığını bildirib. Y.Bəşirov isə çıxışında qeyd edib ki, Azərbaycan bu məsul yarışı keçirməyə hazırdır.

Federasiya prezidentinin təklifini dərhal 10 ölkənin rəsmiləri dəstəkləyib. Qarşıdakı Avropa çempionatının keçirilmə yeri ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək.

pia.az 


Etiket: Namizəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar