Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu Qartalı - 2022"də, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət iki MI-27 1V çoxtəyinatlı helikopterləri də nümayiş olunur.
Bu ilki təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir.
pia.az