Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə rəsmi məktublar ünvanlayıb

Leyla Abdullayeva: Konqresmenlərin Dağlıq Qarabağa qanunsuz səfəri Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib...

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ABŞ konqresmenlərinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib.

O, "Report"un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bütün xarici ölkə vətəndaşlarına münasibətdə eyni yanaşma tətbiq olunur: "ABŞ Konqresinin üzvləri Frenk Pallon və Ceki Spier bir neçə il bundan öncə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdikləri üçün adları “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşlar” siyahısına daxil edilmişdi. Bu yaxınlarda qanunsuz səfər edən Judi Çunun adı da sözügedən siyahıya daxil edilib. Konqresin bu üzvlərinə münasibətdə Azərbaycan ərazisinə giriş məhdudiyyəti tətbiq edilməklə yanaşı, bu məsələ ilə bağlı narazılıqlarımız Dövlət Departamentində və Ağ Evdə keçirilən görüşlər zamanı tərəfimizdən qaldırılıb. Ölkəmizin ABŞ-dakı Səfirliyi Dövlət Departamenti və Konqresə rəsmi məktublar ünvanlayıb".

Biz hiss edirik ki, Administrasiyanın özü də Konqres üzvlərinin ABŞ-ın rəsmi siyasətinə uyğun gəlməyən və təxribat xarakterli addımlarından məyusdur. Faktiki olaraq, Konqresin bəzi ermənipərəst üzvlərinin bu kimi məsuliyyətsiz davranışı ABŞ siyasətinə zidd olmaqla yanaşı, həm də ATƏT-in Minsk Qrupunun həmsədri qismində bu ölkənin ümumilikdə sülh prosesindəki səylərinə xələl gətirir. Baxmayaraq ki, bir müddət öncə Konqresin üzvü Judi Çu bölgədə dayanıqlı sülhü görmək istədiyini bəyan etsə də, təəssüf ki, elə onun öz hərəkətləri sülh perspektivlərini və ABŞ-ın vasitəçiliyini zəiflədir. Bizə aydındır ki, işğal edilmiş ərazilərimizə gedən Konqres üzvlərinin səfəri Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib", - deyə L.Abdullayeva qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar