Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları Tbilisidə görüşəcəklər - Tarix açıqlandı

Dekabrın 23-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli formatda səkkizinci görüş keçiriləcək...

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN başçıları üçtərəfli əməkdaşlıq formatında müxtəlif sahələrdə cari məsələləri müzakirə edəcəklər. Xüsusi diqqət Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələlərinə ayırılacaq.

Görüş çərçivəsində xarici işlər nazirləri birgə bəyannamə imzalayacaqlar.

Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin Gürcüstanın yüksək səviyyəli şəxsləri ilə də görüşləri planlaşdırılıb.

Qeyd edək ki, Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar