Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Gürcüstan və Rumıniya arasında saziş imzalanıb

Azərbaycan, Gürcüstan və Rumıniya fider daşımaları üzrə saziş imzalayıblar...

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Tbilisidə keçirilən ümumi yığıncağı çərçivəsində Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında müntəzəm fider konteyner xətti üzrə daşımalar həyata keçirəcək üç şirkət arasında əməkdaşlıq sazişi imzalanıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “APA-Economics”ə verilən məlumata görə, sazişə ASCO-nun törəmə müəssisəsi “ACSC Logistcs” MMC, Gürcüstanın “GR Logistics & Terminals”, Rumıniyanın “Grampet Group” şirkətləri imza atıblar.

Məlumata əsasən, bu xətt üzrə əsas yük kimi Avropa-Çin-AvropaAvropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar