Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Zeynalovun səhhəti ilə bağlı oğlu danışdı- "Hər gün danışırıq...”

“Xalq artisti Azər Zeynalovun nitqinin tutulmasıyla bağlı xəbər yalandır”.

PİA.az xəbər verir ki, bunu Medicina.az -a Xalq artistinin İstanbulda yaşayan oğlu İsmayıl Zeynalov deyib.

O, bildirib ki, atası ilə hər gün danışır, səhhəti normaldır:

“Azər müəllim açıq ürək əməliyyatı keçirib. Hər gün onunla danışıram. Dəqiqləşməyən məlumatların yayılması bizi narahat edir. Atamın nitqində problem yoxdur. Nitqi tutulan adamla danışmaq olar?”

İ.Zeynalov əlavə edib ki, həkimlər müalicənin nəticə verdiyini bildirib: “Səhhətində irəliləyiş var. Tezliklə xəstəxanadan çıxıb, müalicə olunub, səhnəyə qayıdacaq. Yenidən sənəti ilə məşğul olacaq”.

Qeyd edək ki, bu gün kütləvi informasiya vasitələrində xalq artistinin nitqinin tutulması ilə bağlı məlumatlar yayılıb.

A.Zeynalov mart ayının 10-da infarkt keçirib. Aprelin 2-də isə Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar