Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Qasımov: “Özümü bu avtoritar strukturda görmürəm”

Azər Qasımlı ReAL-dan istefa verməsinin səbəbini açıqlayıb...

"İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın".

Bu sözləri ReAL Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, ReAL-da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını bildirib.

"Mən görürdüm ki, baş verən proseslər ReAL-ı iki yerə parçalayacaqdı, iki ReAL yaranacaqdı. Mən isə bunu istəmirəm, ReAL-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim", - deyə A. Qasımlı vurğulayıb.

O, İ. Məmmədovun ReAL-da avtoritar rejim qurmaq istədiyini deyib: "Bu gedişlə ReAL-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAL-da avtoritar rejim formalaşıb".

A. Qasımlı siyasətdən getmədiyini, mövqeyimi dəyişmədiyini deyib.

İndiki mərhələdə partiya yaratmaq fikrinin olmadığını söyləyən A. Qasımlı bununla belə, gələcəkdə hər şey ola biləcəyini diqqətə çatdırıb.

***

Azər Qasımlı ReAL Partiyasından istefa verib.

REAL Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçiridiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar