Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyevin 7 min manatlıq "Lələtəpə əməliyyatı"

Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından müxtəlif təşkilatlara 1 milyon 200 min manat qrant verilib. Sadə bir misal, “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi (sədr Rövşən Həmid oğlu Ağamalıyev, müavini də qardaşı Musa Ağamalıyev) “Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli filmin çəkilməsi üçün həmin Şuradan 7 min manat qrant alıb.

PİA.az xəbər verir ki, bunu siyasi mühacir Həbib Müntəzir yazıb. Onun sözlərinə görə, film çəkilib, 2018-ci il oktyabrın 8-də təqdimat  olub, dövlət saytları bu barədə yazıb. 

“50 dəqiqəlik qısametrajlı film 21 oktyabr 2018-ci ildə “Youtube”-da yerləşdirilib. Film ancaq şəhid ailəsinin, yaxınlarının şəhid barədə danışığından ibarətdir, vəssalam. Kamera qoyulub, çəkilib, montaj olunub, 7 min silinib. Keçən 21 ay ərzində bu filmə cəmi 10 nəfər baxıb.

Lələtəpə mövzusundan pul yeyən adamları dindirsən, məni vətən xaini çıxaracaqlar, qrantyeyən deyəcəklər, amma dövlət büdcəsindən şəhid, vətən mövzusundan balalarına pul aparmaqla fəxr edirlər, vicdanları ağrımır. Hər ay da müxtəlif layihələrlə pullar alırlar, yuxarıdakı kimi silirlər gedir, olurlar bomba vətəndaş, əsl vətənpərvər. Çünki onlar Lələtəpə haqqında kino çəkiblər axı, qaragüruh da deyir – “Vətən, xalq üçün gör nələr edib, bəs sən nə etmisən?”

Mən onlara bax bu həqiqətləri göstərirəm, onlar da gəlib deyir yazma, ermənilər gülür. Ölkəni, onun dəyərlərini, onun büdcəsini, onun şəhid mövzularını gülməli günə salan yararsız qurumlardır, mən yox”. Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri deputat Azay Quliyevdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar