Şənbə, 28 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

AZAL vətəndaşlara müraciət edib - Foto

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə bir sıra ölkələrlə hava nəqliyyatı müvəqqəti olaraq dayandırıldığından “Azərbaycan Hava Yolları” QSC (AZAL) çarter reysləri həyata keçirməkdədir...

AZAL-dan verilən məlumatda belə deyilir.

Məlumata görə, Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması üçün bu gün Lənkəran beynəlxalq hava limanına iki çarter reysi yerinə yetirilib. Belə ki, Rusiyanın paytaxtı Moskvadan Lənkərana 48 nəfər, Türkiyənin İstanbul şəhərindən isə Lənkərana 248 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Martın 15-dən Azərbaycana hava nəqliyyatı vasitəsilə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 9 000-dən çox sərnişin gətirilib.

“Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçdiyindən və karantinə yerləşdirildiyindən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir.

Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. Vətəndaşlarımızı uçuş qrafikləri barədə məlumatları izləməyə və səfərlərini həmin qrafikə uyğun planlamağa çağırırıq”, - deyə AZAL-ın məlumatında bildirilir.

 

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: AZAL


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - Rəsmi açıqlama

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ

Koronavirus haqqında danışanlar həbs ediləcək – Qadağa

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İlham İsmayıl: “Bu, bir qorxu psixologiyasıdır”

Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - Rəsmi

Koronaya yoluxan Consonu müşaviri qaçaraq tərk etdi - Video

Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq

Geyim əşyaları da virus daşıyıcısı ola bilər - Video

loading...

Ən çox oxunanalar