Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır / Foto

“Pandemiya ilə əlaqədar AZAL-a 87 milyon dollar vəsait ayrılmışdı. AZAL isə aylardır vətəndaşları incidir, çarter reysləri ilə 2-3 qat baha qiymətinə biletləri camaata sırıyır, halbuki normal ölkələrdə dövlət özü vətəndaşlarını pulsuz vətəninə təxliyə edir, hətta Türkiyə də”...

Bunu Meydan.Tv-nin həmtəsisçisi Həbib Müntəzir feysbukda yazıb.

Onun sözlərinə görə, Cahangir Əsgərovun dövlətdən aldığı pullar şəxsi maraqlarına xərclənir: “Sizin pullarınızdan təşkil olunan dövlət büdcəsindən illərdir yardımlar alır. O vəsaitlər də Cahangir Hacıyevin ölkədəki villalarına, malikanələrinə, hotellərinə xərclənir ki, bu da onlardan biridir, tanış olun:

Nabranın ən səfalı, göz oxşayan yerində, Günəşli adlanan ərazidə AZAL sədri Cahangir Əsgərovun 30 hektarlıq ərazidə, meşənin içində iki malikanə və hoteli var. “River Inn Boutique” adlanan hotelin yanında özünə lüks malikanə tikdirib, yanında da helikopter dayanacağı”.

“Geniş bilyard salonu, SPA mərkəzi, boulinq, 100 nəfərlik kinozal, iri kitabxana, fittnes salonu, əyləncə mərkəzi, restoran və bardan ibarət olan ərazi milyon dollarla ölçülür. Ərazidə süni göl və kanal da var. Hotelin yaxınlığında 500-ə yaxın Hələb növünə məxsus keçilər saxlayır. Onlara xüsusi çobanlar nəzarət edir, içəridə tovuzquşudan tutmuş müxtəlif cür heyvanlar mövcuddur. Xadimə və xidmətçilərin, bağbanların da qaldıqları tikililər ərazinin tərkib hissəsidir”, – jurnalist yazıb.

Google Maps: https://goo.gl/maps/HfSwzi3MdBP5uePFA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar