Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL London istiqamətində xüsusi reyslərin icrasına başlayır

Azərbaycanın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportundan Londonun "Hitrou" hava limanına (IATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlayır.

Bu barədə PİA.az “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına əsasən xəbər verir.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

AZAL aviaşirkəti Böyük Britaniyanın paytaxtına mayın 15-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaqdır (çərşənbə axşamı və şənbə Aviabiletlərin satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçirilir.

Bakı-London istiqaməti üzrə reysin sərnişinləri:

- Böyük Britaniya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Böyük Britaniya ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-uk

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics.

Eyni zamanda Böyük Britaniyaya səyahət edən bütün şəxslər ölkəyə gəldikdən sonra iki dəfə - Krallıq ərazisində olduğu ikinci və səkkizinci günlər koronavirus testindən keçməlidirlər. Həmin testlər səyahət etməzdən əvvəl hökumət saytındakı formanı dolduraraq əvvəlcədən təxsis edilməlidir.

London-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar və ya ölkədə daimi yaşamaq üçün icazəyə malik olmalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR- kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq.

Böyük Britaniyada koronavirus infeksiyasına dair testi vermək üçün tövsiyə edilən laboratoriyaların siyahısı ilə burada tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Hər iki istiqamət üzrə reyslərin sərnişinləri:

- COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar;

- qeyd olunmuş keçiddən istifadə etməklə pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar