Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-ın ötən il Gürcüstana daşıdığı sərnişinlərin sayı açıqlanıb

Ötən il “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 70 154 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin illik hesabatında bildirilib.

Sənədə əsasən, 2021-ci ildə Azərbaycanın milli daşıyıcısı Gürcüstanın aviasiya bazarında 2,9 %-lik paya sahib olub.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə AZAL-la uçan sərnişinlərin sayı 3,6 dəfə artıb. 2020-ci ildə sərnişin daşınması koronavirus pandemiyası səbəbindən yalnız I rübdə həyata keçirilib.

2021-ci ildə Gürcüstana ən çox sərnişin daşıyan xarici aviaşirkətlərin ilk üçlüyünə “Türkiyə Hava Yolları” (274 404 nəfər), “Wizz Air” (202 286 nəfər) və “SkyUp Airlines” (192 921 nəfər) daxil olub.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri 2021-ci ilin martın 19-dan bərpa edib.(reprt)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar