Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL ili zərərlə başa vurdu – 76 milyonluq ziyan

"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub.

Bakupost.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3 % azdır.

Bununla belə, aviaşirkətin yığılmış zərəri 4,5% artaraq 1 milyard 763 milyon 916 min manata çatıb.

2020-ci il AZAL-ın daşımalar üzrə və digər gəlirləri 335 milyon 236 min manat (2019-cu ilə nisbətən 3 dəfə az), koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232 milyon 82 min manat (2019-cu ildə olmayıb), əməliyyat xərcləri 540 milyon 149 min manat (43,1% az), maliyyə xərcləri 83 milyon 966 min manat (24,5% az), xarici valyuta mübadiləsindən zərəri 9 milyon 399 min manat (42,9% çox), mənfəət vergisi ödəmələri isə 10 milyon 219 min manat (48,6% az) təşkil edib.

2021-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 1 milyard 978 milyon 200 min manat olub ki, bu da illik müqayisədə 5,1% azdır. Hesabat dövrünə aviaşirkətin öhdəlikləri 1,5% azalaraq 2 milyard 757 milyon 960 min manata düşüb, balans kapitalının çatışmazlığı isə 9% artaraq 779 milyon 760 min manata çatıb.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823 milyon 974 min manatdır. Aviaşirkətin qərargahı Bakıda – Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar