Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimov Tofiq Bəhramovun heykəlini niyə gizlədib? - Fotolar

Tofiq Bəhramov adına Respublika Stadionunda Tofiq Bəhramovun məşhur heykəli yoxa çıxıb

Daha doğrusu, elə bir yerə aparılıb ki, varlığı ilə yoxluğu bilinmir. Bir neçə il əvvəl gizlədilən heykəlin acı taleyi ilə bağlı məsələni tanınmış idman jurnalisti, qol.az saytının rəhbəri Aydın Bağırov "Tofiq Bəhramovun "yoxa çıxan” heykəli” yazısında yenidən gündəmə gətirib.

PİA.az BakıPost-a istinadən xəbər verir ki, idman tariximizə laqeyd münasibətdən bəhs edilən yazıda heykəlin yoxa çıxarılmasının tarixinə toxunulub və bunun neqativləri sadalanıb. Yazının Tofiq Bəhrəmova aid hissəsini təqdim edirik:

Əvvəl...

"Bu heykəl əvvəlcə stadionun lap girişində ucaldılıb. 2004-cü il oktyabrın 13-də, DÇ-2016-nın Azərbaycan – İngiltərə matçından əvvəl AFFA-nın o vaxtkı prezidenti Ramiz Mirzəyev, o vaxtkı gənclər və idman naziri Əbülfəs Qarayevin iştirakı ilə açılışı olub. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun laysmanı olduğu oyunda Almaniyaya o məşhur qolu vuran Cefri Herst də iştirak edib. 2012-ci ildə stadionda aparılan təmir işləri zamanı isə Bəhramovun heykəli götürülüb və arenanın inzibatı binası ilə stadionun idman sarayının qarşısında yerləşdirilib. Həmin vaxt rəsmi olaraq belə bir açıqlama verilib ki, bu dəyişiklik həm stadionun əsas girişinin qarşısını genişləndirmək, həm də abidənin inzibati bina qarşısında daha möhtəşəm görünüşünü təmin etmək məqsədilə edilib.

Bəs, o inzibati bina harda yerləşir? 2012-ci ildən üzü bu yana əvvəlcə "Neftçi”nin, daha sonra "Qarabağ”ın avrokubok matçlarına gələn üst-üstə yüzminlərlə azarkeşin həmin binadan da, o heykəlin varlığından da xəbəri olmayıb. Çünki elə bir yerdə yerləşir ki (əsas girişdən sola dönüb azarkeşlər arasında "tablonun altı” kimi tanınan sektorlar istiqamatinə hərəkət edəndə), onu oyunlara gələn azarkeşlərin üç-beş faizi görə, ya görməyə.


... Sonra

Qəribəsi isə odur ki, heykəl "stadionun əsas girişinin qarşısını genişləndirmək” adı ilə oradan götürülüb. Halbuki o, ətrafdakı yaşıllığı ilə birgə cəmi 20-25 metr ərazini əhatə edib və bunun 8 il ərzində (2004-2012-ci illərdə) arenaya gələn yüzminlərlə azarkeşə heç bir maneçiliyi olmayıb. Əksinə Tofiq Bəhramovun heykəli stadionun memarlığına əlavə rəng qatıb. Gələn xaricilər də bu günədək Tofiq Bəhranovu tanımayıblarsa belə, onun şəxsiyyəti ilə maraqlanmağa başlayıblar.

İndi isə...

Heykəl geniş kütlənin görmədiyi, başqa sözlə, heç kimə lazım olmayan bir yerdədir. Niyə və Tofiq Bəhramovun kiçik heykəli neçə hektar ərazidə kimə mane ola bilərdi? Və onu əvvəlki yerinə qaytarmaq, böyük hakimimizin əziz xatirəsinə bu soyuq münasibətə son qoymaq çoxmu çətindir?

Ümid edirəm, bir gün Gənclər və İdman Nazirliyi heç olmasa, sonuncu suala cavab verəcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar