Bazar, 09 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azad Rəhimov: "Təəssüf ki, bu gün zallarda məşq mümkün deyil"

“Heç nə sizinlə ünsiyyətə mane ola bilməz”...

Bunu Gənclər və İdman naziri Azad Rəhimov bu gün İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkaran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, ŞəkiSabirabad rayon və şəhərlərindən olan yeniyetmə və gənclərlə onlayn görüşündə deyib.

Görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan uğurlu gənclərin dövlət tərəfindən daim diqqət mərkəzində olduqlarını göstərməklə bərabər, eyni zamanda onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək göstərməkdən ibarət olub.

"Bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli yığma komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədi ilə hər cür şərait yaradılıb. Amma, əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib, məşq edə bilmirlər. Bu, sizin diqqətdən uzaq olmağınız demək deyil. Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm", - nazir vurğulayıb.

Hər bir gənclə ayrı-ayrılıqda söhbət etdikdən sonra nazir onların arzu və istəklərini dinləyib. Görüşə qatılanlar nazirə diqqət üçün təşəkkür edib, qazandıqları uğurlar, regionlarında idmanın inkişafı, onları narahat edən suallar və istəkləri barədə danışıblar.

Karantin bitdikdən sonra nazir görüş iştirakçılarını Nazirliyə dəvət edəcəklərini vurğulayıb.

pia.az


Etiket: Azad Rəhimov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? - Video, Foto

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa ilə icra başçısı arasında qalmaqal

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

“Prezident Dövlət Neft Şirkətinin fəaliyyətindən narazılıq edirsə...” – Aynur Camalqızı

loading...

Ən çox oxunanalar