Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimov: "Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı"

"Ən azından KHL-in bir final matçını Bakıda keçirmək olar"

Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanda Kontinental Hokkey Liqası (KHL) səviyyəsində klubun yaradılmasına dair fikirlərini bölüşüb.

"Report" "Matchtv.ru" saytına istinadən xəbər verir ki, o, buz idmanları ilə bağlı hər şeyin ölkə üçün ümidverici sayıldığını bildirib.

Nazir məktəbdə oxuduğu müddətdə hokkeyi xoşladığını, indi isə belə yarışları az izlədiyini söyləyib.

Rəhimov KHL-i Azərbaycana gətirmək istərdinizmi? sualına isə belə cavab verib: "Təbii ki, biz bu istiqamətdə hərəkət etməyə başlasaq, böyük bir buz sarayının qurulmasından sonra Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı. Biz idman ölkəsiyik və buna görə maraqlanmayacağımız idman yoxdur. Hokkey həqiqətən gəncləri həyəcanlandırır".

Nazir son olaraq Azərbaycanın KHL klubunun yaradılmasında çox maraqlı olduğunu vurğulayıb: "Ən azından KHL-in bir final matçını Bakıda keçirmək olar".

pia.az


Etiket: Azad Rəhimov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar