Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimov: "Bakı Festivala tam hazırdır"

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib

PİA.az ONA-ya istinadən məlumat verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin (AOK) Prezidenti Yanes Koçyançiç, baş katib Raffael Panyozzi və AOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsindən qürur duyduğunu ifadə edən Azad Rəhimov bildirib ki, 48 ölkənin idmançıları 7 gün ərzində mükafatlar uğrunda mübarizə aparacaqlar: "Bakı daha bir mötəbər yarışa ev sahibliyi edir. Yarışları qəbul edəcək bütün idman obyektləri, Atletlər kəndi, bütünlükdə Bakı bu Festivala tam hazırdır".

Nazir vurğulayıb ki, Bakı-2019 atletlərdə, idman həvəskarlarında, jurnalistlərdə unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq: "345 media nümayəndəsi yarış üçün akkreditasiyadan keçib. Bu media nümayəndələri 22 ölkəni təmsil edir. Açılış mərasiminə 6750 bilet satılıb. Bilet demək olar ki, qalmayıb. Təəssüf ki, bəzi arenalarda oturacaqların sayı azdır. Amma yarışı izləmək istəyənlər çoxdur".

A. Rəhimov deyib ki, Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir: "Buraya gündə 3 dəfə yemək və qalmaq daxildir. Nəqliyyat, uçuş məsələsini isə komandalar özləri həll edir".

Nazir Azərbaycanın uğur qazanan yeniyetmə idmançılarının böyüklərin mübarizəsində yüksək nəticə əldə edə bilməməsinin səbəblərini də açıqlayıb: "Yeniyetmənin böyüklərin səviyyəsinə çatması üçün illər keçməlidir. İdmançı 9-8 ildən sonra zədə ala bilər. Bu çox uzun zamandır. Məqsədimiz odur ki, medal qazananları izləyək. Onlara tam şərait yaratmaq lazımdır. Onların böyüklərin mübarizəsində uğur əldə etməməsi bizi də çox narahat edir. İnanıram ki, istedadlı idmançılar gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər".

AOK-un prezidenti Y.Koçyançiç Bakıya bir daha gəlməsindən məmnunluğunu bildirib və gənclərin idman bayramının yüksək səviyyədə keçəcəyinə əmin olduğunu qeyd edib: "Mətbuat olmasa biz ancaq kənd səviyyəsində olan yarışları təşkil edə bilərik. Ancaq belə olan halda yarışlarımız daha kütləvi vüsət alır. KİV-in burada önəmi çox vacibdir. Avropa yeganə qitədir ki, gənclər üçün belə tədbir təşkil edir. Biz qış və yay festivalları təşkil edirik. Bu, yeniyetmələrin yarışdır. Biz təşkilati baxımdan heç bir qış və yay olimpiya oyunlarına mane olmuruq. İnanıram ki, bu tədbir mükəmməl səviyyədə keçiriləcək. Bu oyunların gələcəyi uğurlu olacaq".

O, III Avropa Oyunlarının Polşanın Krakov şəhərində keçiriləcəyi ilə bağlı problem olmayacağını deyib.

MOK-un vitse-prezidenti Ç. Hüseynzadə bildirib ki, yarış gənc idmançıların gələcək uğurları baxımından əhəmiyyətlidir: "Məhz XV Avropa Gənclər Yay Olimpiya Festivalında qitənin gələcək idman ulduzları beynəlxalq arenada ilk ciddi addımlarını atır. Bütün iştirakçılar bu yarışda həyat boyu onlarla qalacaq dostluq və təcrübə əldə edəcək, Festival onlara Olimpiya zirvəsinə gedən yolda əhəmiyyətli təkan olacaq. Ümidvarıq ki, Olimpiya bayrağı altında keçirilən yarışlar idmançıları gələcək böyük qələbələrə ilhamlandıracaq".

Qeyd edək ki, bu gün saat 20:00 da Bakı Kristal Zalında Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək. Yarış iyulun 27-də yekunlaşacaq.

Festivalda atletlər idmanın 10 növü – idman gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar