Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunan rayonlarda yeni inşa edilən modul tipli qurğuların, eləcə də əsaslı təmir olunan yerləşmə məntəqələrinin və digər hərbi təyinatlı obyektlərin açılışında iştirak ediblər.

Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunan komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Mərkəzi istilik sistemi quraşdırılan bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Həmçinin, ətrafda abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.

Azad olunan rayonlarda hərbi hissələri isti çörəklə təmin edən çörək bişirmə sexi, şəxsi heyətin qidalanması üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx və yeməkxanalar da istifadəyə verilib.

Təlim-məşq tapşırıqlarının icrası üçün yeni inşa edilən poliqonun infrastrukturu ilə tanış olan nazirə məlumat verilib ki, burada hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılan, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə nazirinə məruzə olunub ki, hazırda inşası davam etdirilən yaşayış məntəqələrinin və inzibati binaların tikintisinin ən qısa müddətdə yekunlaşması və hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Nazir inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar