Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad edilmiş ərazilərin əhalisi arasında təbii artım göstəriciləri açıqlanıb

"Qəbul edilmiş iqtisadi rayonlaşma bölgüsünə əsasən işğaldan azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına bölünür".

PİA.az xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.

O bildirib ki, XXI əsrin əvvəlində mövcud olan iqtisadi çətinliklər, təbii artımın davamlı olaraq aşağı düşməsi, miqrasiyaların intensiv xarakter alması əhalinin sayının artımına da öz mənfi təsirini göstərib: "İlk onillikdə Qarabağ iqtisadi rayonunda əhalinin sayı ölkə üzrə orta göstəricilərdən aşağı templə çoxalıb, ona görə də inzibati rayonların payı xeyli aşağı enib. Mühüm demoqrafik göstəricilərdən biri sayılan təbii artımın səviyyəsi az vaxt ərzində sosial-iqtisadi, ictimai-siyasi və digər demoqrafik göstəricilərin təsiri ilə dəyişir. Bu proseslər əhalinin sayının artımına, az vaxtdan sonra isə əmək ehtiyatlarının formalaşmasına ciddi təsir göstərir".

Onun sözlərinə görə, 1990-cı ildə Qarabağda hər 1000 nəfərə görə təbii artım əmsalı 20,1, Şərqi Zəngəzurda 19,9 səviyyəsində olub: "Bu isə respublika üzrə olan orta göstəricidən yuxarıdır. 1990-cı ildə Qarabağda doğulan uşaqların sayı 13,5 min nəfər, təbii artım 10,6 min nəfər təşkil edib. Şərqi Zəngəzurda müvafiq olaraq doğulan uşaqların sayı 5,9 min nəfər, təbii artım 4,5 min nəfər qeydə alınıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin qeydiyyatda olan əhalisi arasında müstəqillik illərində doğum və təbii artım göstəriciləri davamlı olaraq yüksəlib. Bu proses 2015-2016-ci ilə qədər davam edib. Kənd əhalisinin üstünlük təşkil etməsi ilə əlaqədar onun kəmiyyətləri ölkə üzrə orta göstəricidən yuxarı olub. Son dövrlərdə onlar azalmağa doğru gedir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar