Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aysultanın müəmmalı ölümü və kölgəsi..

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevin ölümü ölkədə birinci ailənin ətrafında növbəti saraydaxili intriqaların əsasını qoyub.

Virtualaz.org xəbər verir ki, 30 yaşına iki həftədən az qalmış dünyasını dəyişən Aysultan Nazarbayevin müəmmalı ölümü ilə bağlı Azadlıq radiosunun Qazaxıstan xidməti geniş məqalə yayımlayıb.

Nəşr qeyd edir ki, avqustun 16-da Londonda ürək tutmasından vəfat etdiyi deyilən Aysultan keçmiş avtoritar prezidentin vaxtilə çox nüfuzlu böyük qızı Dariqa Nazarbayevanın və ixtisasca həkim olan, birinci ailə ilə qohumluğundan şəxsi karyera yüksəlişi, var-dövlətini artırmaq üçün istifadə edən Rahat Əliyevin oğlu idi.

Son illər narkotiklə bağlı problemləri məlum olan Aysultan ölümündən bir qədər əvvəl Qazaxıstanda yürüdülən siyasət və öz ailəsi ilə bağlı çoxlu ittiham xarakterli məlumatlar yayıb. Baxmayaraq ki, bunların bir çoxu qulağa xoş gələn həqiqətlər kimi görünürdü, sözsüz ki, həm məmurlar, həm də ailənin digər üzvləri üçün böyük narahatlıq mənbəyi idi. Bəziləri atasının qalmaqallı ölümündən beş il sonra baş verən Aysultanın ölümünün səbəbi ilə bağlı şübhələrini dilə gətirirlər.

Evli və ikin uşaq atası olan Aysultanın narkotiklərlə problemi özünün dediyinə görə, babası Muxtar Əliyev və atasının 2015-ci ilin yanvar - fevral aylarında baş verən ölümlərindən sonra yaranıb.Xüsusilə atasının ölümü Aysultanın həyatında dönüş nöqtəsi hesab olunur.

Qazaxıstan prokurorluğu iddia edir ki, Aysultanın atası o qədər nüfuzlu şəxs olub ki, uzun müddət Qazaxıstan prezidenti olan qayınatasını devirməyi planlaşdırıb.Məqalədə qeyd olunur ki, Rahat Əliyev 2002-ci ildə ölkədən uzaqlaşdırılıb, Avropa ölkələrindən birinə səfir təyin edilib. Çünki vətənində onun ətrafında qalmaqalların sayı getdikcə artırdı. Üç il sonra o, yenidən Qazaxıstana qayıdıb və xarici işlər nazirinin müavini təyin edilib.

2007-ci ildə ölkədə baş verən növbəti qalmaqaldan sonra Əliyev yenidən xaricə göndərilib. Elə həmin il Dariqa ondan boşanıb və o, bütün dövlət vəzifələrindən məhrum edilib, Qazaxıstandakı əmlakları müsadirə edilib. Bundan sonra o, korrupsiya, çirkli pulların yuyulması, işgəncə, adam oğurluğu, qətl və dövlət çevrilişinə cəhd ittihamları ilə qiyabi olaraq mühakimə olunub.

Qazaxıstan hakimiyyəti Əliyevin ekstradisiyasına nail olub, amma bunaqədərki yeddi il ərzində o Avropada qalaraq prezident Nazarbayevi və ətrafını ittiham etməyə müvəffəq olub. Əliyev ölkə liderini ifşa edən kitab nəşr edib və burada özünə qarşı irəli sürülən ittihamların demək olar ki, eynisini Qazaxıstan hakimiyyətinə qarşı səsləndirib.

2014-cü ildə Əliyev Avstriya hakimiyyətinə təslim olub və Vyana həbsxanasına salınıb. O, burada bankirlərin oğurlanması və öldürülməsi işi üzrə mühakimə olunacaqdı. Lakin, 2015-ci ilin fevralında öz kamerasında ölü tapılıb. Rəsmi versiyaya görə, onun intihar etdiyi bildirilirdi, baxmayaraq ki, bəzi araşdırmalar onun boğularaq öldürüldüyünü təsdiqləyirdi.

Aysultan Dariqa və Rahatın üç övladından ikincisidir. Atası nüfuzunu itirdikdən sonra, 2009-2010-cu illərdə Aysultan Böyük Britaniyanın Sandherste ərazisindəki Kral Hərbi Akademiyasında təhsil alıb, sonra isə Qazaxıstana qayıdıb və burada 2012-ci ildə ölkənin Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsində işə başlayıb. 2017-ci ildə Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti təyin edilib.

O vaxtlar Aysultanın narkotiklərlə bağlı problemi yaranmışdı. Bu barədə o, 2017-ci ilin sentyabrında öz “Facebook” səhifəsində yazaraq bildirirdi ki, atası və babasının şübhəli ölümündən sonra narkotikdən istifadə etməyə başlayıb. Aysultanın narkotik asılılığından xilas olmağa cəhd etsə də, bacarmayıb və şəxsi problemləri yaranıb.

2018-ci ilin dekabr ayının ortalarında Aysultan öz “Facebook” səhifəsində Rusiya Baş Prokurorluğuna, Daxili İşlər və Xarici İşlər nazirliklərinə, Federal Təhlükəsizlik Xidmətinə “yenidən azad”lığa çıxdığı üçün təşəkkür ünvanlayıb. 2019-cu ilin yanvar ayının sonunda “Facebook”dakı başqa bir ismarıcında müəllif “pasportsuz adam" olmasına görə Qazaxıstanın miqrasiya xidmətini və Daxili İşlər Nazirliyini ittiham edib. Mesajda qeyd olunur: "şəxsi Rusiya həbsxanasından xilas olaraq heç bir sənədim olmadan evə qayıtdım - hər şey oğurlandı və məhv edildi”.

Həmçinin əlavə edir: "Mənim müraciət etməyə yerim var - mən prezidentin nəvəsiyəm". Amma bununla bərabər onu da qeyd edir ki, “bizim dövlət qurumlarımızda baş verənlər sadəcə cəhənnəmdir”.

Aysultan həmçinin bir sıra qayda pozuntularında, o cümlədən, polisə müqavimət göstərməkdə ittiham olunur. Belə ki, o, Londonda məcburi müalicə üçün saxlandığı evin pəncərəsindən qonşu mənzilə keçib. Bu zaman əraziyə gələn polisə müqavimət göstərib, polis zabitinin əlini dişləyib. Ona qarşı elektroşokerdən istifadə olunub və bundan sonra təslim olub. Həmin ilin oktyabr ayında London məhkəməsi Aysultanı cərimələyib, mənzilə dəyən zərərin ödənilməsini tələb edib.

Lakin 2020-ci ilin yanvarında Londonun Hayes Grove Priory Xəstəxanasında olarkən Aysultan bir-biri ilə əlaqəsi olmayan açıqlamalar verib, Nursultan Nazarbayevin onun babası deyil, atası olduğunu və anasının onun ölümünü istədiyini bildirib. O, qeyd edib ki, Nazarbayevin 2019-cu ildə istefaya getməsinə onu Dariqa məcbur edib. O, həmçinin Qazaxıstan təhlükəsizlik xidmətinin insanları “verbovka” etmək üçün magiyadan istifadə etdiyini söyləyib.

Onun “Facebook”da Aisultan Jesus Rakhat adı ilə yazdığı postları hələ də görmək mümkündür. Orada qazax xalqına "milyardlarla dollar"a başa gələn Qazaxıstanda və Rusiyada baş verən korrupsiyadan bəhs olunur.

İyulun 16 və 17-də sonuncu mesajı gəlirli “Kazaxmıs” mis şirkətinin sahibi, milyarder Vladimir Kimə ünvanlanıb. Aysultan yazır ki, "o, hər şeyini itirəcək və ona cəhənnəm burada, Yerdə başlayacaq!" Məqalədə qeyd olunur ki, Aysultanın ölümünün rəsmi səbəbinin nə olmasından asılı olmayaraq belə bir sual meydana çıxır: ona ölməyə kimsə kömək edibmi? Onların arasında Nazarbayev ailəsinin qatı düşmənləri qaçaq müxalifət lideri Muxtar Ablyazov da var.

Sosial şəbəkələrdə isə Aysultanın öldürüldüyünü yazırdılar, çünki özü bununla bağlı xəbərdarlıq etmişdi. Bu həm də onunla əsaslandırılır ki, son illərdə Aysultan Nazarbayev ailəsinin imici üçün bir təhlükə idi. Atası Rahat kimi Aysultan da Nazarbayev ailəsini uzun müddət kabus kimi izləyəcək.

pia.az 


Etiket: Aysultan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar