Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayrılan pulun 30 faizini Vilyam Hacıyevə verdim - Şahid

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının tikintisini həyata keçirən şirkətin direktorunun müşaviri Səyalə Səfərova ifadə verib. Şahidin sözlərinə görə, binanın tikintisi üçün təmsil etdiyi “NTC Company” MMC-yə 4 milyon manat pul köçürülüb. Lakin Vilyam Hacıyev həmin vəsaitin 30 faizinin onlara çatmalı olduğunu deyib: "Əvvəl bu qiymətə iş görə bilmərik deyib, etirazımı bildirdim. Bundan sonra işi əlimdən alacağı ilə hədələdi. Məcbur qalıb 30 faizə razılaşdım".

Şahid vəkil Elmar Kərimovun sualını cavablandıran zaman şirkətin bank hesabına köçürülən 4 milyon manatı çıxarmaq üçün səlahiyyəti olmadığını deyib. S.Səfərovanın dediyinə görə, aparılan işlər üçün təmsil etdiyi şirkətin nağd vəsaitindən istifadə olunub.

Şahidin ifadəsinə münasibət bildirən Vilyam Hacıyev onunla hər hansı müqavilə bağlamadıqlarını bildirib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq işi aparan şirkətin direktorunun məhkəmədə ifadə verməsini tələb edib. Vəkil, həmçinin şahidin bu günə qədər verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses fevralın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar