Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aygünün, Röyanın mühafizəçisi işləmiş idmançı: “Kuryer işi varsa, deyin, gedim işləyim”

“Xırdalanda zalımız var. Zallar bağlı olduğundan, işsiz, idmansız qalmışıq. Özüm Röya, Aygünün, Talıb Talenin mühafizəçisi olmuşam. Onları konsertlər zamanı mühafizə etmişəm”.

Bunu Oxu.Az-a pauerliftinq idmanı ilə məşğul olmuş Emil İsmayılov deyib.

O, işsiz olduğu üçün ötən ay dövlətdən 190 manat maaş alıb. Lakin yanvarda maaş verilmədiyi üçün pis vəziyyətdə qalıb. E.İsmayılov hətta fəhlə kimi işləmək istədiyini bildirib:

“İndi işsizlikdən müğənnilərə müraciət etmişəm ki, yanınızda mühafiəçi kimi işləyim. Deyirlər ki, toylar yoxdur, səni hara götürək?!

Hətta bəzi elan saytlarına da mühafizəçi kimi reklamımı qoymuşam ki, bəlkə kiməsə lazım olaram. Heç kimdən xəbər yoxdur. Kuryer işi varsa, deyin, gedim işləyim. 37 yaşım var. Bir-iki dəfə marketdə fəhlə işləmək istədim. Mənə dedilər ki, ayıbdır sənin üçün, bu iş sənlik deyil. 600 manata işləyən adamam, indi 250 manata iş axtarıram.

Müğənnilərlə işləyəndə günə 20-30 manata alırdıq. Gecə klubunda, diskotekada işləyəndə daha çox qazanırdıq”.

Qeyd edək ki, pauerliftinq üzrə dünya və Avropa çempionu Ramil Əhmədov idman zalları bağlı olduğundan, işsiz qalmaması üçün bir müddət kuryer işləyib.

pia.az 


Etiket: İş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar