Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AYB-nin pivəsini iç, noxudunu ye, sonra da namərdlik et...”

Gənc yazar Elşad Baratın Azərbaycan Yazıçılar Birliyindən qovulması haqqında xəbər vermişdik

Buna səbəb isə onun AYB-nın katibi Çingiz Abdullayevlə bağlı paylaşdığı statuslar olub.
Elşad Baratın şəxsi münasibətlərin fonunda AYB-dən çıxarılması ədəbi mühitdə birmənalı qarşılanmayıb. AYB üzvü olmayan yazarların qurumun bu qərarına şərhini təqdim edirik:

Aqşin Yenisey: “Elşad Baratın və digər cavanların AYB-dən qovulması tamamilə doğru addımdır. Çünki son 20-25 ildə heç bir gənc o birliyə yaradıcılıq məqsədilə üz tutmur. Gəncləri ora dartan cibxərcliyi səviyyəsində maddi maraqlarıdır. Öz şəxsiyyətini, yaradıcılığını cibxərcliyinə satan gənc hansı haqqla Anarı, Çingiz Abdullayevi tənqid etmək fikrinə düşür?

İkincisi, sənə o cibxərcliyini tənqid üçün deyil, tərif üçün verirlər. Təqaüdü filanı alandan sonra namərdlik etmək nə deməkdir? Mən başda Rəşad Məcid olmaqla bütün AYB sədarətindən birliyin pivəsini içib, noxudunu yeyən, sonra da namərdlik edib özündən qəhrəman düzəltmək istəyən bütün gənc AYB üzvlərinin daha sərt üsullarla cəzalandırılmasını xahiş edirəm. Lazımdırsa, imza toplayaq, bu cür çörəyi dizinin üstündə olan gənclər haqqında güllələnmə hökmünü bərpa etdirək”.

Kəramət Böyükçöl: “Yazıçılar Birliyi Elşad Baratı üzvlükdən çıxarmaqla ona çox yüksək dəyər verib. Elşad ordan çıxarılacaq qədər istedadlı bir yazar deyil. Həmişə fəxrlə deyirdim ki, müstəqillik dövründə Yazıçılar Birliyi dörd nəfəri üzvlükdən çıxarıb: Rafiq Tağı, Əkrəm Əylisli, Şərif Ağayar, Kəramət Böyükçöl.

Birin öldürüblər, üçü qalıb. Elşad da adamdı, söz yox, onun da üzvlükdən çıxarılmaq haqqı var, ancaq AYB düz eləmədi. Təsəvvür edin, əvvəl Yazıçılar Birliyindən Rafiq Tağını çıxarardılar, indi Elşad Baratı. Əvvəl Rafiq Tağı ilə bir cərgədə olduğuma görə fəxr edirdim, indi Elşad Baratla bir cərgədə olduğuma görə narahatam. Ola bilsin, bu sıradan çıxıb Yazıçılar Birliyinə üzv oldum, burdansa Fərqanə Mehdiyevayla yanaşı dayanmaq yaxşıdır”.(Yeni Sabah)

pia.az


Etiket: Aqşin Yenisey

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar