Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaz Mütəllibov ön cəbhədə baş verənlərdən danışdı

Xəbər verildiyi kimi, Azərbaycan ordusu bu gün - sentyabrın 27-də saat 06:00 radələrində təcavüzkar Ermənistanın işğalı altında qalan torpaqlarımızda təmas xəttində yerləşən hərbi birləşmələrinin vətəndaşlarımızın yaralanması və həlak olması ilə nəticələnmiş növbəti fitnəkar hücum cəhdinə cavab olaraq bütün cəbhə boyu əks-hücuma keçib. Ali Baş Komandanın əmri ilə baş tutmuş əks-hücum tədbirləri nəticəsində Füzuli rayonunun bir çox kəndləri azad edilib, KəlbəcərAğdərə istiqamətində bir sıra strateji yüksəkliklərimiz düşməndən geri alınıb.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ölkə və Silahlı Qüvvələr, Milli Ordu rəhbərliyini və bütövlükdə Azərbaycan xalqını bu ilkin cəbhə uğurları münasibətilə təbrik edib.

“Əziz xalqımız, Vətənimiz növbəti dəfə çətin və şərəfli imtahan qarşısındadır. Torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan erməni faşizminin təxribatları davam edir. Növbəti dəfə bu gün - 27 sentyabr səhər saatlarında törədilmiş təxribat nəticəsində şəhid olan və yaralılarımız var. Allahdan həlak olanlarımıza rəhmət, yaralılarımıza şəfa diləyirik.

Bir qədər öncə Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağın azadlığı uğrunda ordumuzun genişmiqyaslı əks-hücum tədbirləri münasibəti ilə xalqımıza müraciət edib və hamını bu amal uğrunda birliyə səsləyib. Belə bir məsuliyyətli vəziyyətdə biz bir xalq olaraq dövlətimizin, Ali Baş Komandanın ətrafında sıx birləşməli, bütün umu-küsü və ayrı-seçkiliklərə son qoyaraq bu müqəddəs Vətən müharibəsində öz dəstəyimizi nümayiş etdirməli və Prezidentimizin çağırışına səs verməliyik.

Hər birimiz bir vətəndaş olaraq öz qabiliyyət və imkanları çərçivəsində dövlətimizə və ordumuza dəstəyi əskik etməməlidir. Hər kəs öz siyasi əqidə və mövqeyindən asılı olmayaraq, belə bir gündə dövlətimizin, Ali Baş Komandanımızın, Silahlı Qüvvələrimizin yanında olmalıdır. Bu, bizim bir nömrəli vətəndaşlıq borcumuzdur.

Son rəsmi məlumatlara görə, Ali Baş Komandanın əmri ilə baş tutmuş əks-hücum tədbirləri nəticəsində on illərlə düşmən əlində qalan bir sıra kəndlərimiz və strateji yüksəkliklərimiz azad edilmişdir. Bu qısa müddət ərzində əldə edilmiş ilkin cəbhə uğurları münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ölkə və Silahlı Qüvvələr, Milli Ordu rəhbərliyini və bütövlükdə Azərbaycan xalqını təbrik edirəm.

Bir ağsaqqal olaraq bu şərəfli mübarizə və silahlı savaşda əsgər və zabitlərimizə, generelatitetimizə, bütün hərbi şəxsi heyətimizə uğurlar arzulayıram, Allah-Təala bizi, xalqımızı tezliklə daha böyük qələbə xəbərləri ilə sevindirsin. Allah döyüş mövqelərində olan bütün hərbçilərimizi, döyüşçülərimizi, dinc sakinlərimizi qorusun! Son qələbəyədək mübarizəmizi davam etdirilməli, bayrağımız Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və bütün işğal altındakı şəhər və kəndlərimizdə dalğalanmalıdır. Haqq bizimlədir!..”- Ayaz Mütəllibovun xalqa müraciətində belə deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar