Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AXCP-ni və Müsavatı bağlamaq lazımdır” – “Yeni Müsavat”ın redaktoru

“AXCP-ni və Müsavat Partiyasını buraxmaq lazmdı. Alınmadı də. Uğursuzluq oldu. Niyə özünüzü zorla girovluqda saxlayırsız? Atın bu yükü, məsuliyyəti üzərinizdən, canınız qurtarsın”

PİA.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan öz feysbuk səhifəsində yazıb.

Onun fikrincə, Müsavat partiyasının əsas hüquqi varisi “Yeni Müsavat” qəzetidir: “Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi “Yeni Müsavat” qəzetidi. Milli azadlıq hərəkatının 30 ildi uğurla davam edən bu proyekti AXC-dən və Müsavat Partiyasından daha böyük işlər görüb və görməkdədir. Yəni demək istyəyirəm ki, Müsavat adını, irsini daşıyan bir tribuna, hüquqi şəxs var “Yeni Müsavat”ın timsalında. Ona görə də rahat ola bilərsiniz”.

A.Ayxan hesab edir ki, hər iki siyasi partiya tam sıradan çıxıb, qalıb onların rəsmən qapadılması: “Azərbaycanlılar istər məişətdə olsun, istərsə siyasətdə - yürüməyən bir şeyi zorla davam etdirməyə çox meyllidilər. Birgəlik alınmayanda rahat boşanmaq mədəniyyəti yoxdu. Boşanmalar dava-dalaşla olur əksər hallarda. Boşandıqdan sonra da qırğın çıxır keçmiş ər-arvad arasında. Sonu ölümlə, qətllə bitir bəzən. Yaxud, valideynlə övlad yola getmirlər, yenə bir çatı altında yaşamağa davam edirlər. Bir-birilərinin həyatlarını qara edirlər, fəqət uzaq dayanmırlar bir-birilərindən. “Sən yoluna, mən yoluma” düsturuna əməl etmir kimsə. Hamı bir-birinin yoluna çıxıb, “qəza” vəziyyəti yaradır.

Siyasətdə də belədi. Yürüməyən, getməyən prosesi gedirmiş kimi göstərib, özünü və ətrafı aldatmaq, bezdirmək, dalaşmaq nəyə lazım? Məsələn, Azərbaycanda iki klassik siyasi təşkilat var ki, artıq onlar missiyalarını başa vurublar. Son 15 ildir, fiasko ilə üzləşiblər. Necə deyərlər, gəmiləri torpağa oturub. Siyasi erroziyaya məruz qalıb, hətta karkasları belə dağılmaq üzrədi bu təşkilatların.

AXCP və Müsavatdakı rəhbər heyət, orta təbəqə siyasi-psixoloji baxımdan sıradan çıxıb. Nəsə edəcək halları qalmayıb. Hətta təsadüfən əllərinə hakimiyyət keçsə, bu adamlar onu idarə etməyi bacarmayacaqlar”. (BakuPost)

pia.az


Etiket: AXCP Müsavat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar