Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtovağzal şlaqbaumla cib soyur: “Heç bir ölkədə belə biabırçılıq yoxdur”

“Əsas olan vətəndaşların soyulmasıdır. Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar”

“Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb?!”

Qanunvericiliyə görə, dövlət mülkiyyətində olan əraziyə girişə heç kim qadağa qoya bilməz. Amma nədənsə Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu qaydanı istisna edir. Məlumdur ki, kimisə qarşılamaq və yaxud yola salmaq üçün avtomobillə avtovağzala daxil olan hər kəs 1 manat ödəniş tələb olunur. Oradakı “başbilənlər” isə “gözdən pərdə asmaq” üçün formal xarakterli qəbz verirlər. Qəbzdə ödənişin qanuni olmasına dair heç bir məlumat yoxdur.

Avtovağzalda cəmi 5 dəqiqə müddətinə qalsalar belə,sürücülərdən bu məbləği ödəmək tələb olunur. Əks təqdirdə ərazini tərk etmək istəyərəkən yolu şlaqbaum kəsir. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin kompleksə daxil olduğunu nəzərə alsaq şlaqbaum vasitəsilə ciblərə gedən məbləği təyin etmək bir qədər çətinləşir.

Bəs, bu qanunsuzluğa niyə göz yumulur və buradan gələn gəlir hara sərf olunur?

Sualımızı cavablandıran millət vəkili Fazil Mustafa “Sherg.az”a açıqlamasında baş verənləri normal qarşıladığını deyib:

“Çünki, Azərbaycanda qanunlardan çox qaydalar işləyir. Onsuz da əksər qurumlar qanunları tanımır. Dayanacaqlarda yığılan pulların heç biri dövlət büdcəsinə getmir. Guya maşınlar saxlanılan yerlərdə qayda-qanun yaradılıb. Avtovağzalda da təqribən eyni vəziyyət müşahidə olunur. Biz düzələ bilmirik. Ümumiyyətlə, hər şeyə rüşvət vasitəsi kimi baxılır. Ona görə də həmin yerlər kimin əlindədirsə, fikirləşir ki, buradan da pul qazanım.

Əsas olan vətəndaşların soyulmasıdır. Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar. Heç kim buna qarışa bilmir. Günorta vaxtı ağacı kəsib qırağa atırlar, yaxud da dibinə kislota töküb məhv edirlər. Onda bir adama söz deyən oldumu? Çünki qaydalar belədir və qaydalara da dözməyimiz lazımdır. Ölkədə qanun işləmir.

Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb? Adi dayanacaqlarda belə biabrçı vəziyyətdir. Məsələn, dayanacaqlarda 1 saatdan 1 dəqiqə artıq qaldınsa, 2 manat ödəməlisən. Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur”.

Parlament üzvü vurğulayıb ki, dövlət hesabına tikilən hər bir yerə özəl mülkiyyət kimi baxıldığı üçün belə problemlər yaşanır:

“Belə hadisələrin yaşanmasına səbəb ümumi korrupsiya probleminin olmasıdır. Azərbaycanda korrupsiyaya qarşı hər hansı bir əlac yoxdur. Əldə olunan gəlirlərin heç biri dövlət büdcəsinə daxil olmur. Büdcənin yükünü çəkən də yazıq sahibkardır. Sahibkardan qəpiyə qədər tələb olunur, amma yığılan pullar ayrı-ayrı ciblərə gedir. Problemin kökü bundadır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar