Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobilə səsgücləndirici quraşdıranlara xəbərdarlıq

Son vaxtlar Bakı şəhərində bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqlarla səsin süni şəkildə artırılması halları artıb

Şəhər sakinləri və sürücüləri narahat edən bu mövzu ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıqlar quraşdırılması halları müşahidə olunur:

"Dəfələrlə bu barədə təbliğat da aparmışıq. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirmişik. Amma təəssüflər olsun ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur".

O vurğulayıb ki, cəmiyyətin hər bir üzvünün bu mövzuda fəal iştirakı olmalıdır:

"Hər kəs bu tip maşınların olmasının əleyhinə çıxmalıdır və heç kəs belə tələblərdən inciməməlidir. Bu barədə mütəxəssislərə də müraciət etməliyik ki, elə səsgücləndiricilərdən istifadə etmənin nə qədər zərərli olduğunu insanlara danışsın.

Mən də bir paytaxt sakini kimi elə hallara qarşı olduğumu demək istəyirəm. Qeyd edim ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıqlar quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs etdiyimiz avadanlıqlar zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə gərək idman oyunlarında, tədbirlərdə istifadə olunsun".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar