Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avtomobil əlindən Bakıda tərpənmək olmur”

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun Azərbaycanda orta sinifin olmaması ilə bağlı iddialara cavab verib...

İ. Məmmədov bu cavabı zamanı indiyə kimi dilə gətirmədiyi bir sıra etirafları səsləndirib.

O, oz cavabında deyib ki, orta sinifin çox tərifi var. Onlardan biri olaraq qeyd edib ki, 10 il əvvəl The Economist jurnalında dərc edilən geniş araşdırmada iddia olunurdu ki, qidasını və yaşayış yerini təmin edəndən sonra adamın gəlirinin 1/3 əlində qalırsa və o, həmin gəliri təhsildən tutmuş həyat keyfiyyətini yüksəldən mal və xidmətlərə qədər ürəyi istədiyi kimi xərcləyə bilirsə, onu orta sinifə aid etmək olar.

“Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri...

Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır. Avtomobil idxalı bu il 1,6 dəfə artmışdır. Evlərin qiyməti tələbat səbəbilə hələ də bahadır.

Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq baxçaları. O avtomobilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o məktəblilərin və uşaqların valideyinləri və daha kimlər, kimlər...

İqtisadi təməli xəstə, yəni neft-qaz pullarından asılı olsa da, onun iqtisadi kökünün xəstə və tezçürüyən olduğunu orta sinif mənsubları anlasa da, anlamasa da, orta sinif Azərbaycanda var, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir.

O sinif Azərbaycana daha layiqli həyat, düz seçki, və sadəcə "dolanışıq" deyil, işıqlı gələcək istəyir. Nəinki istəyir, belə bir gələcəyə ən ciddi töhfə vermək bacarığındadır. Onu lazımi qədər hərəkətə gətirə bilsək, tarixi vəzifələrimizdən birini yerinə yetirilmiş saymaq olar, çünki başqa siniflərlə yanaşı o sinifin töhfəsi olmadan monarxiyanı çökdürüb çağdaş Cümhuriyyət qurmaq mümkün deyil”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar