Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil benzini ilə bağlı rəsmi açıqlama

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 139,9 mln. manat təşkil edib...

PİA.az “Report”a istinadla xəbər verir ki, neft məhsullarının istehsalında əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6% artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycanda 818,2 min ton həcmində avtomobil benzini istehsal edilib. Avtomobil benzini istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artım qeydə alınıb. Bu il sentyabrın əvvəlinə 25,8 min ton həcmində avtomobil benzini ehtiyatı yaranıb.

Hesabat dövründə ölkədə 184,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 1 450,2 min ton dizel yanacağı, 76,8 min ton yanacaq mazutu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 21,9%, dizel yanacağı istehsalında 6,5%, yanacaq mazutu istehsalında 50,9% artım qeydə alınıb.

Hesabat dövründə ölkədə 406,2 min ton həcmində ağ neft, 13,4 min ton sürtkü yağları, 163,1 min ton neft bitumu, 168,5 min ton həcmində neft koksu istehsal edilib.

Ağ neft istehsalı ötən ilin müvafiq dövründən 2,8%, sürtkü yağlarının istehsalı 84,5%, neft bitumunun istehsalı 15,3%, neft koksunun istehsalı 2,9% azalıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar