Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriyalı qonaqlar FHN-də olublar

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib...

Fevralın 24-də Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Volfqanq Marxar, Avstriya Respublikasının ölkəmizə yeni akkreditə olunmuş polis attaşesi Cerald Riçard Hörmann, Avstriya Respublikasının Azərbaycan Respublikasına akkreditə olunmuş sabiq polis attaşesi Karlhaynz Qortano, Avstriya Respublikasının Gürcüstandakı Polis Attaşeliyinin əməkdaşı Tamar Gvenetadze ilə görüşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, gGörüş zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Avstriya Respublikasının aidiyyəti qurumları arasında əlaqələrin mövcud inkişafından razılıq bildirilib və əlaqələrin inkişafında hər iki tərəfin fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, ölkələrimiz arasında mövcud əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsi məqsədilə imkanlardan istifadə edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında təbii fəlakətlər və ağır nəticəli qəzalar zamanı qarşılıqlı yardım haqqında Saziş”in imzalanması məsələsi, həmçinin avstriyalı mütəxəssislər tərəfindən Fövqəladə Hallar Nazirliyinin alpinistlərinin hazırlanmasında müasir metodların tətbiqi, dağ şəraitində qar uçqunları altında qalmış zərərçəkmişlərin axtarış-xilasetmə əməliyyatlarının daha səmərəli təşkili məqsədilə keçirilmiş təlimlərin davamı olaraq cari ilin mart ayında Avstriya Respublikasında təşkil olunacaq alpinizm kursları barədə müzakirələr aparılıb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar