Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın yeni lideri – Mark Rütte

Mark Rüttenin başçılıq etdiyi Niderland hökuməti 2014-cü ilin iyulunda Ukraynanın separatçı Donbas vilayətinin səmasında Boeing MH17 sərnişin təyyarəsinin vurulmasına görə Avropa İnsan Haqqları Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

Niderland hökumətinin Avropa İnsan Haqqları Məhkəməsində qəbul edilmiş iddiasına görə 298 nəfərin ölümünə görə Rusiya məsuliyyət daşıyır. Mark Rüttenin başçılıq etdiyi hökumət bu addımı ilə Boeing MH17 sərnişin təyyarəsinin vurulması nəticəsində həyatlarını itirmiş 298 nəfərin qohumlarının Avropa İnsan Haqqları Məhkəməsinə müraciəti ilə həmrəy olduğunu, onlara dəstək vermək niyyətində olduğunu nümayiş etdirir.

Bu hadisə 298 nəfərin ölümünə görə nəhayət ki ədalətin təmin ediləcəyinə inam yaratmaqla Avropanın yeni siyasi liderinin kimliyini də müəyyən edir. Almaniya və Fransanın liderləri Rusiyanın avtoritar lideri Vladimir Putinin təcəvüzkar siyasətinə qarşı çıxış etməkdən çəkindikləri bir zamanda Mark Rütte 298 nəfərin ölümünə səbəb olan terror aktına görə Rusiyaya qarşı məhkəmə davası açmaqdan çəkinmədi.

Mark Rütte Macarıstan və Polşanın rəhbərliyini hüququn aliliyi prinsipindən geri çəkildiklərinə görə də sərt tənqid edən yeganə dövlət başçısıdır.

Son illərdə Avropada insan hüquqlarının müdafiəsi ilə bağlı prinsipial mövqe nümayiş etdirən siyasi liderin yoxluğu avtoritar liderlərin əl-qolunu açmışdı. İndi isə Mark Rüttenin başçılıq etdiyi Niderland hökuməti bütün avtoritar liderlərin “qoruyucu mələyi” olan Vladimir Putinin başında durduğu Rusiyanı sərnişin təyyarəsinin vurulmasında ittiham edərək məhkəməyə verməklə yeni bir mərhələnin başlanğacını qoyur. Avropa İnsan Haqqları Məhkəməsi Niderland hökumətinin iddiası əsasında Rusiyanı məhkum edən qərar çıxarsa, çox geniş bir çoğrafiyada avtoritarizm güclü zərbə alacaq.

Xaqani Cəfərli, politoloq

pia.az


Etiket: Mark Rütte


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar