Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın daxili çəkişmələri: Merkel ve Makron Brüsseldə anlaşa bilmədilər...

Mühafizəkar sağçılar və sosial-demokratlar liberalların dəstəyinə möhtac qalıb...

Ali Rıza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə 24 iyul 2019-cu il.

Avropa Parlament seçkilərindən sonra Avropa İttifaqının 5 əsas qurumunun sədrlərini seçmək məqsədilə Brüsseldə toplanan 27 üzv ölkənin liderləri öz aralarında razılığa gələ bilmədilər. Avropalı liderlər Avropa İttifaqı Şurası, Avropa Komissiyası, Avropa Parlamenti, Aİ Xarici işlər üzrə Ali Komissarlığı və Avropa Mərkəz Bankı üçün sədr namizədlərini müəyyənləşdirərək seçilmiş parlament üzvlərinin səsverməsinə çıxaracaqlar. Bu səsvermədən sonra çoxluğun seçdiyi namizədlər sədr olacaq.

Kök salmış partiyalar çoxluğun etimadını itirdi

Aİvropa İttifaqında bu önəmli vəzifələrə gətirilən adamlar Avropa Parlamentində olan partiyalar və siyasi qruplar arasında anlaşma və sabitlik formalaşdırmağa təhkimlidirlər. 1984-cü ildən bu yana Avropa İttifaqında parlamentdə davamlı olaraq səs çoxluğuna sahib olan mühafizəkar sağ (PPE) və sosial-demokratların (S&P) ənənəvi koalisiyası idarə edirdi. İlk dəfə bu iki partiya güc itirdi və Avropa Parlamentində çoxluğu ələ ala bilmədi. PPE 182, S&P isə 153 mandat ala bildi. Bu da cəmi 335 millətvəkili deməkdir, mütləq çoxluq isə 376-dır

Həlledici söz Makronun qrupundadır

Son seçimlərdə ilə ilk dəfə Avropa Parlamentinə girən Fransanın prezidenti Emmanuel Makronun partiyası liberal partiyaları təmsil edən ALDE ilə birləşərək Renew Europe (Avropanı Yenilə) qruplaşması ilə parlamentdəki ən böyük 3-cü gücə çevrilib, yəni bununla da, mühafizəkar sağçılar və sosial-demokratlar liberalların dəstəyinə, koalisiyasına möhtac qalıb.

Renew Europe qrupunun 108 mandatından 21-nə sahib olmaqla qrup daxili lider Makronun partiyası oldu. Ötən seçkilərədək mütləq güc olan PPE-S&P koalisiyasının öncü lideri isə Merkel və partiyasıdır. Bu isə o deməkdir ki, Avropa İttifaqının taleyi Merkel və Makronun görüşündən asılıdır.

20-21 iyun tarixində keçirilən Brüssel zirvəsindən nəticə çıxmamasının səbəbi isə tərəflərin Avropa Komissiyasına namizədliyi müzakirə olunan alman Manfred Weber üzərində razılığa gələ bilməməsidir. Buna görə də, 30 iyun tarixində liderlər yeni namizədləri müzakirə etmək üçün yenidən görüşməli olacaqlar.

Milliyətçi partiyalar birləşə bilmədi

Parlament seçkilərinin qalibi milliyyətçi partiyalar olsa da, parlamentdə birləşərək güclü bir qrup formalaşdıra bilmədilər. Əllərində 112 mandat olan bu partiyalar parlamentdə 2 ayrı qrupa bölündülər və beləliklə də, parlamentdə ən güclü 3-cü qrup olmağı bacarmadılar. Çünki bu partiyalar arasında irqçi və ifrat-sağçı qruplar olduğu kimi, milliyyətçi və milli solçu partiyalar da var. Bu rəqabət içində necə mövqe sərgiləyəcəkləri hələ sual doğurur.

Tərcümə PİA.az-ındır

Orjinal

Ziya MEHDİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar