Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropalı alimlərdən ağlasığmaz layihə: “Keçmişin ətrini” yaratmağa çalışırlar

Dünyada demək olar ki, hər şeyin, hətta şəhərlərin də bənzərsiz bir qoxusu var. Qoxular insanı, obyekti və hətta məkanları da xüsusi edə bilir.

Təbii ki, dünyada keçmiş zamanlardan indiyə qədər müxtəlif ətirlərdən istifadə edilib. O ətirlərin bir çoxu hazırda insanlara məlum deyil. Bəs onları yenidən yaratmaq mümkündürmü?

Tarixdə iz qoymuş elementləri nəzərdən keçirək.

Məsələn: Mona Lisa rəsmini düşünün, Leonardo da Vinçinin XVI əsrin əvvəllərində İtaliyada yaratdığı bu şah əsərin vizual təsirinin yanında mənzərənin qoxusunu alsaq necə olar?

Bu suala cavab tapmağa çalışan bəzi Avropa alimlərinin planları bir ətir irsi ensiklopediyası yaratmaqdır.

Bəs yaxşı, bu mümkündürmü?

Bəzi avropalı alimlər, muzey ziyarətlərini daha da xoş hala gətirmək üçün önümüzdəki üç il içərisində qitədəki XVI-XX əsrin əvvəllərindəki ən əhəmiyyətli qoxuları təyin etməyə çalışacaqlar.

Həyata keçiriləcək bu layihənin adı “Odeuropa”dır.

Ətir tarixçiləri, parfümeriya, kimya və kompüter mütəxəssisləri daxil olmaqla təxminən 20 elm adamı layihə üçün bir araya gələcək. 3.3 milyon dollara başa gələcək və Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Odeuropa” layihəsi ilə elm adamları "Ətir İrsi Ensiklopediyası" yaratmağı hədəfləyirlər. Ensiklopediyaya hal-hazırda yalnız ədəbi təsvirlərə daxil olan ətirlər daxil edilsə də, sonradan texnologiyanın köməyi ilə yeniləri yaradılacaqdır.

Bu layihə ilə tarixdəki məşhur şəxsiyyətlərə və şəhərlərə məxsus qoxular yenidən yaradıla bilər.

“Odeuropa” layihəsinə rəhbərlik edən Hollandiyalı mədəniyyət tarixçisi Inger Leemans bunları deyir: “Layihə əslində insanın qoxu tarixindən bəhs edir. Ətirlər təcrübəmizi formalaşdırır. Bununla birlikdə, bu mövzuda keçmişə dair həssas biliklərimiz azdır. Ətirlər maddi və mənəvi cəhətdən dəyişkəndir. Bu səbəbdən onları necə qorumaq barədə düşünməliyik".

“Ətir İrsi Ensiklopediyası” layihəsi üçün iş bu aydan (yanvar) etibarən başlayıb. Alimlər yeddi dildə kitablarda, tarixi sənədlərdə, sənət əsərlərində və muzey kolleksiyalarında olan ətirlərə edilən istinadları analiz etmək üçün bir alqoritmdən yararlanacaqlar.(musavat.com)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar