Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropadan yayılan videolar ölkəni qarışdırdı - 2 mindən çox insan saxlanılıb... - Video

Misirdə sentyabrın 27-də prezident Abdel Fəttah əs-Sisiyə qarşı etirazların ikinci dalğası başlayıb....

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, ötən cümə günü sentyabrın 27-də Qahirədə, İsgəndəriyyədə və digər şəhərlərdə cümə namazından sonra on minlərlə insan küçələrə çıxaraq prezidentin istefasını tələb ediblər. Nümayişlər ertəsi gün, sentyabrın 28-də davam edib.

Şahidlərin bildirdiyinə görə, hakimiyyət ölkənin iri şəhərlərinə əlavə ordu qüvvələri və polis göndərib. Qahirədə polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. İsgəndəriyyədə isə eyni vaxtda prezident tərəfdarlarının mitinqi keçirilib, insanları Qahirədən və digər şəhərlərdən mitinqə aparıblar. Onlar əllərində Misir bayraqlarını və əs-Sisinin portretlərini tutublar.

Xatırladaq ki, Misirdə etirazların birinci dalğası sentyabrın 21-də gecə başlayıb. Etiraz dalğasını başladan isə İspaniyada mühacirətdə olan tikinti podratçısı Muhammed Əlidir. O, əs-Sisinin və hökumətinin, o cümlədən hərbçilərin korrupsiya əməllərinə dair videoçıxışlar yayır. Həmin videoçıxılar internetdə böyük populyarlıq qazanır.

Belə etirazlar indiki Misir üçün nadir hadisədir, ona görə ki, 2013-cü ildə hakimiyyəti ələ alan və islamçıları devirən hərbçilər ölkədə etiraz aksiyalarının keçirilməsinə qanunla faktiki qadağa qoyublar.

"Associated Press" bildirir ki, hakimiyyət etirazların ikinci dalğasını çox keçmədən yatırıb və aksiya iştirakçılarını kütləvi şəkildə saxlayıb. Son məlumata görə saxlanılanların sayı 2 mindən yuxarıdır. Təşkilatçılar isə buna baxmayaraq əs-Sisiyə qarşı yeni mitinqlərə çağırırlar.

Ölkənin iri provayderləri isə Facebook-a və populyar messencerlərə, habelə müstəqil xəbər saytlarına girişi bloklayıblar. Polis iri şəhərlərdə insanların küçələrdə dayanmasına və qruplar halında cəmləşməsinə mane olur.

Avropada oturub Misiri silkələyən biznesmen Muhammed Əli isə ifşa videolarını davam etdirir. O, sentyabrın əvvəllərindən öz bloqunda Misir hakim elitasının həyata keçirdiyi irimiqyaslı oğurluqlara dair faktları açıqlayır. İspaniyaya qaçmazdan əvvəl 15 il Müdafiə Nazirliyinin podratçısı olan Muhammed Əli bildirir ki, iri müqavilələri rüşvətin köməyi ilə necə əldə edirdi. Habelə o əs-Sisinin və ətrafının büdcə pulları hesabına özlərinə saraylar, villalar tikdirdiyini nəql edir

Populist ritorikanın və insayder informasiyasının qarışığı sayəsində Muhammed Əlinin videoları internetdə sürətlə həm islamçılar, həm demokratlar arasında populyarlaşır. Hakim elitanın dəbdəbəli həyat tərzinə dair faktların açıqlanması əhalisinin 30 faizdən çoxu kasıblıq həddində yaşayan və Beynəlxalq Valyuta Fondunun ayırdığı 12 milyard dollar kreditin şərtlərinə görə sərt qənaət rejiminə əməl etməli olan ölkədə hiddətə səbəb olur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar